Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy
    Kəndlərimiz SEYDİMLİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    dsc_0158Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də əlavə olunub.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəri-qaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirakdsc_0141 ediblər.
    Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə əvəzi Nərmin Vəliyeva tədbiri açaraq tədbir iştirakçılarına kənd haqqında məlumat verib. Bildirib ki, 2733 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28656 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inki-şafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində də qaz çəkilişi işləri davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 28İyl
    Kəndlərimiz QƏDİM ZOLGÖRƏN KƏNDİ üçün şərhlər bağlıdır

    Изображение 388Azərbaycanda Sovet hökuməti qurulmamışdan öncə Zolgörən kəndi Abbas bəyin mülkü olmuşdur. Ərazisinin mərkəzində üçmərtəbəli otuz mənzilli bina, iki kərpic zavodu, ərzaq və sənaye dükanları, kəhriz quyusu və s. tikinti obyektləri olmuşdur. Zolgörən sözü düz görmə mənasını verir. Zolgörən kəndində olan bina diqqəti cəlb edərək, burada elmi işlər aparılmasına işarə verir. 1993-cü ildə Tərtər rayonunun Zolgörən kəndində Moskvanın göstərişi ilə Azərbaycan Dövlət Seleksiya Stansiyası deyilən bir idarə yaradılır və idarəetmə Moskva tərəfindən aparılır. El arasında bu söz “seleksonnı” kimi işlədilirdi. Burada elmi müəssisənin yaradılmasından öncə rus dilində yeddiillik məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə məntəqəsi, radioqovşağı, gecələr elektrik işığı verilməsi üçün xüsusi bina, yaşayış üçün ictimai binalar tikilir. Bu işlər başa gəldikdən sonra Rusiyadan ziyalı ailələr Zolgörən həndinə köçürülür. 1933-1957-ci ilədək idarəetmə Moskva tərəfindən həyata keçirilirdi. 1957-ci ildən Azqosselekstansiya sözü ləğv olundu və əvəzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə bazası yaradıldı.
    Tərtər BTS-də aparılan elmi işlər nəticəsində alınan yeni dənli bitkilər, buğda və arpa növləri təkcə Azərbaycanda deyil, SSRİ məkanında da öz şöhrətini tapmışdır.
    Eləcə də bura alimlərin yetişməsinə də öz töhfəsini vermişdir. Belə ki, bir çox alimlərin–Abdullla Abdullayev, Yolçu Bayramov, Bəyiş Mirzəyev, Valeh Paşayev, Əmir Quliyev, Vəli İbadov, Abdin Abdullayev, Şirin Sarıyev, Tofiq Məmmədov, Mehman Babayev, Fərman Qurbanov kimi insanların elmə yolu buradan keçmişdir. 1983-cü ildə Tərtər Bölgə Təcrübə Stansiyasının 50 illik elmi yubleyi dövlət tərəfindən ən yüksək səviyyədə Zolgörən kəndində qeyd olundu. Daha ətraflı »

    Teqlər:

  • 26Okt
    Kəndlərimiz SEYDİMLİNİN BU GÜNÜ üçün şərhlər bağlıdır

    Изображение 062Seydimli kəndi rayon mərkəzinə ən yaxın olan iri yaşayış məntəqələrindən biridir. Burada 603 ailədə 2716 nəfər əhali yaşayır. Kənddə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, 304 nömrəlik elektron ATS, 15 ticarət, 3 məişət xidməti obyekti, kitabxana, avtomobil təmiri sexi kənd əhalisinə xidmət göstərir. Bura rayonumuzun ən müasir kənd-lərindən sayılır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kəndlərimiz Yollar abadlaşır üçün şərhlər bağlıdır

    q3Kəndlərimizdə yolların təmiri işləri diqqət mərkəzində saxlanılır. Hazırda təmas xəttinə yaxın olan Qapanlı kəndində yola asfalt salınması işləri davam edir. Bu barədə bizə məlumat verən rayon icra hakimiyyətində tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimov bildirdi ki, bu iş ötən il 3 kilometr məsafədə görülmüşdü. İndi isə yolun daha 3 kilometrinə asfalt örtük salınacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 29Sen
    Kəndlərimiz Qapanlıda tibb məntəqəsi tikilir üçün şərhlər bağlıdır

    DSC_7814Cəbhə bölgəsi olan Qapanlı kəndində iki ay öncə tibb məntəqəsinin tikintisinə başlanıb. Bina bir mərtəbə olmaqla 6 otaqdan ibarətdi. Burada həkim və tibb bacısı, iynə otaqları, anbar, mətbəx və sanitar qovşağı vardır. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Kəndlərimiz Çaylının işıqlı günləri üçün şərhlər bağlıdır

    IMG-20150913-WA00011Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox əziyyət çəkən kəndlərimizdən biri də Çaylıdır. Müharibə zamanı kəndin infrastrukturu tamamilə dağıdılmış, yaşayış evləri bərbad hala düşmüşdür. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Açılışlar TƏZƏKƏND KƏNDİNƏ MAVİ YANACAQ VERİLDİ üçün şərhlər bağlıdır

    IMG_2869Bu günlərdə rayonumuzun daha bir yaşayış məntəqəsinə –Təzəkənd kəndinə qaz yanacağı verilib və bu münasibətlə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov açıb və Təzəkənd kəndinə qaz yanacağı verilməsinə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə dərin təşəkkürünü bildirib. Daha ətraflı »

    Teqlər: ,

  • 04Sen
    Kəndlərimiz Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    Tərtərdə bir kənd var…

    ElesgerliBu kəndin sakinləri sovet hakimiyyəti illərində bağçılığa meyilli olublar. Burada yetişdirilən narın dadı, tamı dillər əzbəri idi. Bir zamanlar narçılıq sovxozu kimi məşhur olan kəndin dolanışığı indi də bağa, bağçaya bağlıdır. Ələsgərli adlanan bu kənddə ağaca qulluq etməyin, ting yetişdirməyin öz qanunları var. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Tərtər RİH-də Səhlabad kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır

    DSC_7195Tərtər Rayon Icra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu iri yaşayış məntəqələrindən olan Səhlabad kəndində keçirilib. Görüşdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, təmsilçiləri, İƏD üzrə nümayəndələr və kənd bələdiyyə sədrləri iştirak ediblər. Daha ətraflı »

    Teqlər: ,

  • 10İyl
    Kəndlərimiz GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN KƏNDİMİZ üçün şərhlər bağlıdır

    Изображение 144 Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı kəndlərimizdə  də uğurla həyata keçirilir. Bunu bizim Ağkənd kəndinin timsalında aydın  görmək olar. Bu kəndin təməli ötən əsrin əvvəllərində qoyulub. Atam deyərdi  ki, biz Dərələyəz mahalından köçüb buraya gələndə (1905–1907-ci illər) bu  kənd cəmi 18 ev idi. Rəhmətlik Tükaz arvad kiçik çillə girəndə aşağıdan  başlayıb hər gün bir evi nəzərdə tutardı ki, görək kimdə hava qarlı-boranlı,  kimdə yaxşı olur. 2 ev çatmırdı ki, 20 gün düzəlsin. İndi bu kənddə 1100 nəfər  əhali yaşayır. Özü də insanların hamısı dövlətə–dövlətçiliyə sadiq adamlardır. Daha ətraflı »

    Teqlər: