Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Sen

    15703Bu gün kənddə yaşayıb, təsərrüfat işləri ilə məşğul olmamaq mümkün deyil. Çünki dövlətimiz kəndlilərə həm şərait yaradır, yəni torpaq verir, lizinq yolu ilə müxtəlif texnikanın alınmasına kömək edir, həm də subsidiyalarla, güzəştlərlə fermerləri dəstəkləyir. Həmcinin son vaxtlar bütün sahələrdə, xüsusən də heyvandarlıqda daha yüksək göstəricilər qazanmaq üçün kənd-lilərə yol göstərilir, istiqamət verilir.
    Prezidentimizin heyvandarlığın inkişafına yönəldilmiş son üç sərəncamı bunun bariz nümunəsidir. Həmin sərəncamlar ölkəmizdə cins maldarlığın daha geniş səmərə verməsi üçün imkan yaradacaq.
    Mən özüm bir neçə ildir ki, şəxsi təsərrüfatımda cins mallar saxlayıram. Yerli mallardan fərqli olaraq, bunlar həm süd, həm də ət istehsalında yüksək nəticələr göstərir. Yəni cəkilən zəhmət, xərc hədər getmir, fermerə xeyir gətirir.
    Elə dövlətimizin də məqsədi budur ki, əhalinin dolanışığı yaxşılaşsın, ölkəmizdə ərzaq bolluğu yaransın.

    Ərşad Aslanov,
    Dəmirçilər kəndinin sakini

    Müəllif: Redaktor, 12:35

    Teqlər:

İsmarıclar bağlıdır.