Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar

    Xocalı soyqırımı ilə bağlı ümumrayon tədbiri

    sXocalı faciəsinə həsr olunmuş tədbirin iştirakçıları öncə şəhidlərin abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra «Gənclər Mərkəzi»ndə ümumtəhsil məktəbləri şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərinin sərgisinə və mədəniyyət evinin hazırladığı kompozisiyaya baxmışlar.

    Mərasim «Gənclər Mərkəzi»nin iclas zalında davam etdirilmişdir.

    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Xocalı soyqırımına aid geniş və ətraflı məruzə ilə çıxış edən icra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi –Xocalı qırğınının törənmə səbəblərini və mahiyyətini əhatəli şərh etdi.

    Fevral ayının 26-sı günü rayonun ümumtəhsil məktəblərində ilk dərsin Xocalı soyqırımına həsr olunacağını qeyd etdi.

    Sonra göstərdi ki,  Xocalı faciəsinin canlı şahidi olmuş 11 ailə (42 nəfər) Xocalı sakini hazırda rayonumuzun 6 kəndində müvəqqəti məskunlaşmışlar. Hər bir Xocalı sakininə daim böyük diqqət və qayğı göstərilir.

    Tədbirdə çıxışlar oldu. Şəhər 5 saylı tam orta məktəbinin müəllimi Afət Qəndilova, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov, Xocalı sakini Brilyant Əhmədova, şəhər 2 saylı məktəb-liseyin X sinif şagırdi Nərmin İbrahimli faciə ilə bağlı fikirlərini söylədilər.

    Yığıncağın sonunda rayonda məskunlaşmış Xocalı sakinlərinə ərzaq yardımı, Xocalı soyqırımına həsr olunmuş inşa yazı və rəsm müsabiqəsi qaliblərinə qiymətli hədiyyələr və diplomlar verildi.

    «Yeni Tərtər»

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.