Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    president_iclas_230915_5Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub. İclasdakı çıxışında bu tədbiri çox yüksək qiymətləndirən möhtərəm Prezident deyib: “Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bugünə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin”. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyinə inteqrasiya etməsi dünyada onun nüfuzunu gerdikcə artırır. Xüsusilə də “Bakı 2015” ilk Avropa Oyunları zamanı Azərbaycanın parlaq qələbəsi ölkəmizə olan inamı daha da artırmışdır. Prezident İlham Əliyev bu barədə deyib: “Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik”.
    Konfransda həmçinin Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib. O deyib: “ Bildiyiniz kimi, 2013-cü il iyulun 24-də Səudiyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına evsahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmişdilər. Qərar yekdilliklə qəbul edilmişdir. Assambleyanın qərarı bir daha göstərdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmuşdur.”
    Dünyada aparıcı idman ölkələrindən biri kimi tanınan Azərbaycan buna heç də asanlıqla nail olmamışdır. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin fiziki və mənəvi tərbiyəsinə göstərilən diqqət dayanır. Mehriban xanım Əliyeva konfransdakı çıxışında Azərbaycan gəncləri haqqında deyib: “ İslam Həmrəylik Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Cənab Prezident, Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri, könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə bizim gənclərin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir”.
    Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Bu Oyunların keçirilməsi ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirəcək.

    “Yeni  Tərtər”

    Müəllif: Redaktor, 08:59

    Teqlər:

İsmarıclar bağlıdır.