Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    Secki_MYcYllYsi_daim_tYkmillYYmYyY_ehtiyacY_olan_qanunvericilik_aktYdYrAzərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə Prezident Administrasiyasının, MSK-nın rəsmləri və KİV-in nümayəndələri iştirak ediblər.
    Seminar-müşavirəni MSK sədri Məzahir Pənahov açıb. Bildirib ki, seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin içtimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə qeyd edib ki, seminar-müşavirə Milli Məclisə seçkilərin şəffaf, demokratik keçirilməsinə öz müsbət təsirini göstərəcək. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycanın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinə imkan yaradıb.
    Mətbuatın seçki prosesindəki rolundan danışan Əli Həsənov diqqətə çatdırıb ki, media hər bir siyasi, plüralist normalar çərçivəsində idarə olunan demokratik ölkənin ümumi seçki prosesində tərəf kimi iştirak edir.
    Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək, aparılan müzakirələrin parlament seçkiləri kimi taleyüklü hadisələrin uğurla reallaşmasına böyük töhvə verəcəyini deyib.11111Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Qabil Orucovun və Fuad Cavadovun “Seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” adlı məruzələri dinlənilib.
    Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və sual doğuran məsələlər müzakirə olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:07

    Teqlər:

İsmarıclar bağlıdır.