Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

                                                                                GÖRÜLMÜŞ İŞLƏR MÜZAKİRƏ OLUNDU

    Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2019-cu ildə gördüyü işlər barədə hesabat yığıncağı keçirildi. Yığıncaqda inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri,Tərtər bələdiyyəsinin üzvləri, ərazidə yerləşən idarə, müəssisə və təşkilatların təmsilçiləri, ağsaqqallar, gənclər və ərazidə məskunlaşmış məcburi köçkünlərin nümayəndələri iştirak etdilər. Tədbirdə İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Sahib Həsənov 2019-cu ildə görülmüş işlər barədə geniş məruzə etdi. Məruzədə rayonda, eləcə də Tərtər şəhərində aparılan quruculuq-abadlıq işlərindən, şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən bəhs olundu, küçələrin abadlaşdırılması, yaşıllaşdırma işlərinin aparılması, sakinlərin qaz, su və elektrik enerjisi ilə tam təmin olunması, həmçinin yol verilmiş nöqsanlar və s. barədə söz açıldı.
    Məruzə ətrafında Mənzil İstehsalat İstismar İdarəsinin rəisi Hafiz Ələkbərov, Tərtər Telekommunikasiya Qovşağının rəisi Ağəli Əmrahov, Kommunal Təsərrüfatı İdarəsinin mühəndisi Adil Əhmədov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət sahəsi üzrə rəis müavini Muxlis Əmirov, rayon ağsaqqalı Vaqif Kərimov çıxış etdilər.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin baş-çısı Müstəqim Məmmədov çıxış edərək şəhər ərazi dairəsi üzrə nümayəndəliyin gördüyü işlər barədə öz fikirlərini bildirdi və qarşıdakı vəzifələrlə bağlı lazımi tapşırıqlarını verdi.
    Tədbirin sonunda müvafiq qərar qəbul olundu.
                                                                                                                                                                                                “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:08

    Teqlər:

İsmarıclar bağlıdır.