Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    cfefa429ce915f1365d14a5acc9c135bCəbhə bölgələrində sosial infrastruktur layihələrinin icrasını sürətləndirmək, rayon mərkəzində, kənd və qəsəbələrdə tikinti, abadlıq və quruculuq işlərini genişləndirmək hökumətin iqtisadi fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sırada Tərtər rayonunda da az iş görülmür. Həmin iş sayəsində Tərtərin siması günbəgün dəyişir, kəndləri abadlaşır.
    Hazırda rayon mərkəzinin və şəhərə yaxın Səhlabad kəndinin su və kanalizasiya sistemləri yenidən qurulur. İyun ayının ortalarından start götürən bu layihə İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Şəhərin ayrı-ayrı küçələrində 30-dan çox maşın-mexanizm işləyir. Tikintidə çalışan işçilərin ümumi sayı 160 nəfərə yaxındır.
    İndiyədək 32 kilometr kanalizasiya xətti inşa edilmiş, 38 kilometrdə su xətti çəkilmişdir. Layihənin icraçısı “TTŞ İnşaat” MMC-dir. Sahə rəisi Rüstəm Məmmədov deyir ki, layihənin miqyası kifayət qədər böyükdür: “Buna baxmayaraq, işlərin sürəti ilə yanaşı, keyfiyyətinə də ciddi fikir veririk. Texniki tələblərə dəqiq əməl olunur. Rayon icra hakimiyyəti bizə güclü dəstək verir, qarşıya çıxan hər hansı problemin aradan qaldırılmasında yardımını əsirgəmir. Onu da qeyd edim ki, tərtərlilər son dərəcə mehriban və qonaqpərvərdilər. Hansı küçədə işə başlayırıqsa, sakinlər inşaatçıları sərin suya, ətirli çaya, meyvələrə qonaq edirlər. Biz də çalışırıq ki, onların bu isti münasibətinə keyfiyyətli işimizlə cavab verək”.
    Sahə rəisinin söhbətindən o da məlum oldu ki, layihənin icra müddəti 547 iş günüdür. Bu müddət ərzində layihəyə uyğun olaraq bütövlükdə 143 kilometr su, 139 kilometr kanalizasiya xətləri çəkiləcək. Layihədə hər birinin tutumu 5 min ton kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur. Artıq anbarlardan birinin inşasına başlanmışdır. 9 subartezian quyusu olacaq. İndi 2 quyuda qazma işləri aparılır.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 11:18

    Teqlər: ,

İsmarıclar bağlıdır.