Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Okt

    IMG-20151014-WA0007Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Müstəqiliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP rayon təşkilatı aparatının işçiləri, təhsil və mədəniyyət sa-hələrinin təmsilçiləri iştirak ediblər.
    Mərkəzin direktoru Səlimə Yusibova ölkəmizin tarixindəki əla-mətdar il dönümünə həsr olunmuş məruzə söyləyib. O qeyd edib ki, müstəqillik daim Azərbaycan xalqının böyük arzusu olub. Lakin təəssüf ki, birinci dəfə əldə edilmiş müstəqilliyimizin ömrü çox çəkməyib–cəmi 23 ay.
    1991-ci ildə Azərbaycan tarixində ikinci dəfə azadlıq əldə etsə də, yenə də müstəqilliyimiz təhlükə altında idi. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın bu arzusunu reallaşdırdı.
    6 saylı tam orta məktəbin tarix müəllimi Elmira Müzəffərova və YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov tədbirdə çıxış edərək, xalqımızı müstəqilliyə aparan keşməkeşli yol barədə danışıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:27

    Teqlər:

İsmarıclar bağlıdır.