Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Okt

    NƏTİCƏLƏR UĞURLUDUR

    Изображение 003Cari ilin doqquz ayında Tərtər rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2015-ci ilin doqquz ayı ərzində Tərtər rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzə söyləyib.
    Qeyd edib ki, digər bölgələrdə olduğu kimi, rayonumuzda da cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün tədbirlər görülür.
    Cari ilin doqquz ayının sosial-iqtisadi yekunlarını təhlil edən rayon rəhbəri göstərib ki, həmin dövr rayonumuz üçün də uğurlu olub. 2015-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 104,2 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 7,5 faiz, sənaye məhsulunun həcmi 3,2 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 75,4 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13,2 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 5,4 faiz, sərnişin daşımalarının həcmi 6,1 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3,4 faiz artıb. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı artaraq 229 manat təşkil edib. 2015-ci ilin 9 ayında pərakəndə ticarət dövriyyəsi 102,4 milyon manat və pullu xidmətlərin həcmi 18,6 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz və 53,4 faiz çoxdur.
    Dövr ərzində sahibkarlığın dəstəklənməsi istiqamətində işlər davam etdirilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 24 sahibkarlıq subyekti 276,2 min manat kredit alıb. Həmin layihələrdə 25 yeni iş yeri açılacaq.
    Cari ilin 9 ayı ərzində rayon büdcəsinin gəlirləri 10 milyon 45 min manata qarşı 11 milyon 405 min manat və ya 113,5 faiz, dövlət büdcəsinin xərcləri 12 milyon 568 min manata qarşı 10 milyon 87 min manat və ya 80,3 faiz icra edilib.
    Dövlət Sosial Müdafiə Fondunun Tərtər Rayon Şöbəsinin hesabına 2 milyon 372,1 min manat vəsait daxil olub. Hesabat dövründə 10064 pensiyaçıya 14 milyon 162,1 min manat pensiya vəsaiti xərclənib.
    Əhalinin Sosial Müdafiəsi Mərkəzində 5974 sosial müavinət və ünvanlı sosial yardım alan vətəndaşa xidmət göstərilib, 4 milyon 374 min 474 manat vəsait ödənilib.Изображение 015
    Dövr ərzində rayonda 902 yeni iş yeri açılıb ki, onun da 272-si daimi iş yerləridir.
    Hesabat dövründə rayon üzrə kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 45,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsər-rüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 7,5 faiz artıb.
    İlin ötən dövrü ərzində 10 min 843 hektar taxıl sahəsində biçin aparılıb. 5610 hektar buğda sahəsinin hər hektarından orta məhsuldarlıq 37,1 sentner olmaqla, 20 min 837 ton buğda, 5233 hektar arpa sahəsinin hər hektarından orta məhsuldarlıq 34,5 sentner olmaqla 180 min 30 ton arpa məhsulu istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 2014-ci ilə nisbətən buğda üzrə 2,7 sentner, arpa üzrə 1,1 sentner artıb.
    Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. Nəticədə 9 ayda rayonda 2108 ton diri çəkidə ət, 13472 ton süd, 7 milyon 640 min ədəd yumurta, 124 ton yun istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
    Hesabat dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilib. Ev növbəsinə qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının, müasir tələblərə cavab verən yeni şahmat məktəbinin, kənd təsərrüfatı idarəsinin inzibati laboratoriya binasının, Qapanlı kəndində tibb məntəqəsinin tikintisi davam etdirilir.
    Gənclər Mərkəzinin və təhsil şöbəsinin inzibati binalarının fasad hissələri aqlay daşı ilə üzlənib, hər iki bina gecə işıqlanması ilə təchiz edilib.
    Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissəsi müasir memarlıq üslubunda aqlay daşı ilə üzlənib, gecə işıqlanması ilə təchiz edilib, pəncərələri dəyiş-dirilib.
    2015-ci ilin iyun ayında Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına baş-lanılıb. Dövr ərzində istehlakçıların enerji ilə fasiləsiz təminatı və rayonun təbii qaz təminatının yax-şılaşdırılması məqsədi ilə işlər davam etdirilib. 2015-ci ilin 9 ayı ərzində rayonda 8 yaşayış məntəqəsinə qaz xətti çəkilərək əhalinin istifadəsinə verilib.
    Məruzədə təhsil sahəsində qazanılan uğurlar göstərilməklə yanaşı, həllini gözləyən problemlərdən də danışılıb, bunların həlli üçün konkret tədbirlər görülməsinin vacibliyi qeyd olunub.
    Tibb sahəsində görülən işlərdən bəhs edən rayon rəhbəri bu sahənin ixtisaslı kadrlara ciddi ehtiyacı olduğunu diqqətə çatdırıb və görülən işlərdən danışıb.
    Məruzəçi qeyd edib ki, dövr ərzində rayon üzrə 132 cinayət hadisəsi qeydə alınıb. Həyata keçirilmiş tədbirlər nəticəsində keçən illə müqayisədə müəyyən kateqoriyalar üzrə cinayət işləri azalmış, xüsusilə ağır və ağır cinayətlər baş verməmişdir.
    Hesabat dövründə rayon icra hakimiyyəti başçısının yerlərdə 31 qəbul-görüşü keçirilib, bu qəbul-görüşlərdə 4653 nəfər iştirak edib, 282 nəfər vətəndaşın müraciətləri dinlənilərək həlli mümkün məsələlər yerində həll edilib.
    Bildirilib ki, bu ilin noyabr ayının 1-də 5-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin rayonumuzda yüksək səviyyədə keçirilməsi üçün hərtərəfli hazırlıq işləri görülür.
    Yığıncaqda mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, qaz istismar sahəsinin rəisi Şəhriyar Qarayev, Tərtər Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, Qaraağacı kənd İƏD üzrə nümayəndənin müavini Lətif Həmidov Bəyimsarov kəndindən fermer Habil İbrahimov çıxış ediblər.
    Hesabat yığıncağında müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:15

    Teqlər:

İsmarıclar bağlıdır.