Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Изображение 158Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı şəhər 6 və 1 saylı tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında er-kən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbirlər keçirilib.
    Tədbirlərdə şəhər məktəblərinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
    Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev tədbirlərin mahiyyəti barədə məlumat verib. Sonra Tərtər Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Müzakir Məmmədov hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış edib.
    Qeyd olunub ki, narkomaniya uzun illərdir ki, dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Bu hal əksərən də yeniyetmə və gənclər arasında baş verir.
    Son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinin qarşısının alınması işi bütün səviyyələrdə xeyli güclənib. Tərəfimizdən keçirilmiş tədbirlərin nəticəsində 24 nəfər həbs olunmuş, 11 nəfər isə inzibati məsuliyyətə cəlb edilmişdir.
    Təəssüflər olsun ki, bu növ cinayətlər üzrə həbs edilənlər arasında yetkinlik yaşına çatmayan Tərtər şəhər sakini Asifli Nəcməddin Bakir oğlu da olub.
    Rayon mərkəzi xəstəxanasının psixiatr-narkoloq həkimi Rima Axundova qızlar arasında yet-kinlik yaşına çatmayanların erkən nikaha cəlb edilməsi və bunun faciəli sonluqları barədə ətraflı məlumat verib.
    Tədbirdə MTN-in Tərtər Rayon Şöbəsinin rəis müavini Kənan Xuduyev, rayon icra hakimiyyətinin nümayəndəsi Çingiz İsayev, təhsil şöbəsinin nümayəndəsi Yasin Fərhadov, şəhər 1 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Seyfəddin Fəttahov çıxış ediblər.

     

    Müəllif: Redaktor, 11:00

    Teqlər: ,

İsmarıclar bağlıdır.