Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    Изображение 099Rayonun Mərkəzi Meydanında rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olunmuş gənclərin qarşılanma mərasimini keçirib.
    Əvvəlcə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub,sonra Ulu Öndərin Mərkəzi Meydandakı abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
    Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Ruslan Quliyev açıb. O, ordu quruculuğunda görülən işlərdən danışıb, bildirib ki, Azərbaycan Ordusunun güclü maddi-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Xalqla ordunun birliyi möhkəmdir.
    Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, valideynlər adından Razim Əliyev, hərbi xidmətdən yeni qayıtmış Anar İsbəndiyarov, gənclərin ça-ğırışaqədər hazırlıq müəllimi Təbriz Quliyev çıxış edərək, hərbi xidmətdə əsgərlərə göstərilən diq-qət və qayğıdan söhbət açıblar.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayıb, onların valideynlərinə gözaydınlığı verib. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qay-ğıdan bəhs edib. 48 km. təmas xətti olan Tərtər rayonunun ön cəbhəyə yaxın yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteran-larına və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən danışıb
    Sonra xidmətdə fərqlənmiş bir qrup gəncə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
    Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.

    Müəllif: Redaktor, 11:05

    Teqlər:

İsmarıclar bağlıdır.