Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Okt

    DSC_0015(4)“Vətənpərvər Maarifçi Gənc-lər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər, seçkilərə! – cəbhə bölgəsində gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsi çərçivəsində Tərtərdə tədbir təşkil edib.
    Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin təlimçiləri Fərhad Fət-tahlı və Ceyhun Abbasov çıxış edərək, layihə haqqında məlumat veriblər; Bildiriblər ki, layihənin həyata keçirilməsində əsas məqsəd cəbhəyanı rayonlarda yaşayan gənclər arasında demokratik seçki təbliğatı və maarifçilik işi aparmaqla demokratiyanın, vətəndaş cəmiyyətinin ümumi inkişafına nail olmaq, mülki cəmiyyətin, hüquqi dövlətin formalaşmasına kömək etmək, gənclərdə seçkilər haqqında geniş səpkili bilik və informasiyaların toplanmasına çalışmaq, onlarda seçki fəallığını və mədəniyyətini artırmaq, seçkilərə olan etinasızlığın, qar-şısını almağa nail olmaqdır.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydalar, seçkidə müşahidəçi kimi iştirak etmək hüququ haqqında danışıb, gəncləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.
    Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar və sertifikatlar paylayıblar.

     

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.