Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Noy

    DSC_0955“Narkomaniyaya yox deyək!”, “Qızlar arasında erkən nigahların bağlanması və onun ciddi zərəri” mövzularında polis əməkdaşlarının məktəblərdə keçirdikləri silsilə tədbirlər davam etdirilir. Belə tədbirlərdən biri də bu gün-lərdə Tərtər şəhər 2 saylı məktəb-liseydə keçirilib.
    Tədbirdə məktəb-liseyin müəllimləri, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
    Toplantını giriş sözü ilə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyev açaraq, tədbirin mahiyyəti barədə məlumat verib. Sonra rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Müzakir Məmmədov mövzu ilə bağlı məruzə edib. Göstərib ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insanların mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağır problemlərdən biridir. Millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl, təssüflər olsun ki, günü-gündən artmaqdadır. Elə buna görə də indi bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparmaqdır. Bu hal ən çox yeniyetmə və gənclər arasında baş verir. Buna görə də bu ciddi bəlaya qarşı evdə valideynlər, məktəblərdə isə müəllimlər xüsusi fəallıq göstərməlidirlər.
    Rayon mərkəzi xəstəxanasının psixiatr-narkoloq həkimi Rima Axundova çıxışında yeniyetmə qızların erkən, nigah ya-şına çatmadan nigaha girmələrinin acı sonluqları barədə ətraflı danışdı. Qeyd etdi ki, erkən yaşdan narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 ildən çox deyil. 2014-cü ildə Azərbaycanda 24000-dən çox narkoman qeydə alınıb.
    Tərtər RMX-nın narkoloji kabinetində bu ilin 10 ayı ərzində 91 nəfər narkoman qeydə alınıb. Təəssüflə də olsa qeyd edilib ki, həmin narkomanların 2 nəfəri qadındır. Ona görə də həm erkən nigaha, həm də narkomanlığa qarşı bütün cəmiyyət mübarizə aparmalıdır.
    Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Çingiz İsayev, təhsil şöbəsinin nümayəndəsi Vaqif Əsgərov, 2 saylı mək-təbliseyin direktoru Gülarə Əkbərova mövzu ilə bağlı şagirdlərə dəyərli məsləhətlər veriblər.
    Tərtər Rayon Polis Şöbəsinin rəis müavini vəzi-fəsini müvəqqəti icra edən polis mayoru Rövşən Albəndov da tədbirdə iştirak edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:36

    Teqlər:

İsmarıclar bağlıdır.