Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Tərtər bizim fəxrimiz və qürurumuzdur

    DSC_2238     Dövlət müstəqilliyinin əldə olunmasından ötən tarixi baxımdan qısa dövr ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu kecmiş, bütün dünyada demokratik və sivil bir dövlət kimi tanınmışdır. Bu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu  daxili və xarici siyasətin nəticəsidir və bu kursun alternativsizliyinin  sübutudur. Hazırda Azərbaycanın  bütün güşələrində böyük tərəqqi vardır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür.

           Müasir mərhələdə qeyri-neft sektorunun sürətli artımı, neft kapitalının insan kapitalına yönəldilməsi, regionların sosial-iqtisadi inkişafı dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin ürəkaçan nəticələridir.İqtisadi uğurlar sosial sahələrdə də öz bəhrəsini verməkdədir. İnsanların həyat şəraiti günü-gündən yaxşılaşır.

    Regionlarda aparılan tikinti-quruculuq işləri, rayonlarımızın abadlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, yeni yolların çəkilməsi,körpülərin salınması əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanır.

    Ölkəmizin digər bölgələri kimi, Tərtər rayonu da son illər qurulur, abadlaşır, həm də rayonun iqtisadiyyatı möhkəmlənir, aqrar sahə getdikcə inkişaf edir. Bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələrin reallaşması illərlə elektrik enerjisi, qaz, içməli su, yol problemlərindən əziyyət çəkən tərtərlilərin sevincinə səbəb olur.

    Rayonun əhalisi daim Heydər Əliyev ideyalarına sədaqətini əməli işi ilə sübut edir. Bu gün tərtərlilər Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləyirlər və bu kursa sadiq olduqlarını hər zaman, hər bir işdə nümayiş etdirirlər.

    Bu, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində və bundan əvvəlki prezident və parlament seçkilərində tərtərlilərin yüksək mütəşəkilliklə iştirak etməsində də özünü göstərmişdir.

    Dövlət başçısı öz çıxışlarında daim görülən bütün işlərin mərkəzində insan amili dayandığını bildirir, məmurlardan vətəndaşlara diqqət və qayğı ilə yanaşmağı tələb edir.

    Son illər Tərtərdə görülən işlər məhz insanların rahatlığının təmin edilməsinə, gənclərin təlim və tərbiyəsinin səviyyəsinin yüksəldilməsinə, onların asudə vaxtlarının müasir tələblər baxımından təşkilinə yönəldilmişdir.

    Belə ki, ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, Qaz istismarı sahəsi və YAP rayon təşkilatı üçün inzibati binalar tikilmişdir və hazırda burada son tamamlama işləri görülür.

    Rayonda Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının, şahmat məktəbinin, kənd təsərrüfatı idarəsinin tikintisi davam etdirilir.

    Respublika Prezidentinin Sərəncamı ilə 5000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər kəndarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmışdır. Uzunluğu 7 km olan 4 yaşayış məntəqəsini birləşdirən Qapanlı-Seysulan yolunda asfalt-beton örtüyünün alt qatının tikintisi davam etdirilir. Cəbhə xəttində yerləşən bütün kəndlərə gecə işıqlandırılması sistemi çəkilmişdir. Ötən il əkin sahələrinin suvarılması və əhalinin içməli su ilə təmin olunması məqsədilə rayonumuzda 31 yeni subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

    Şəhərdəki mövcud binaların təmiri, yaşayış binalarının qarşısında «Nümunəvi məhəllə»lərin salınması da diqqət mərkəzində saxlanılır.

    Heydər Əliyev prospektində rayon icra hakimiyyətinin və daha 4 binanın dam örtüyü sökülərək müasir mansard üslubunda yenidən qurulmuş, rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılmışdır.

    Şəhərin V.Hüseynov küçəsində yerləşən 5 mərtəbəli 36 mənzilli, Nizami küçəsində yerləşən 4 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binalarının və şəhər 6 saylı tam orta məktəb binasının dam örtüyü də əsaslı təmir edilmişdir. Şəhərin Nizami, V.Hüseynov, Ə.Paşayev və E.Səfərov küçələrində kommunal yaşayış binalarının qarşısındakı ərazilər təmizlənib genişləndirilmiş və hər dörd küçədə «Nümunəvi məhəllə» yaradılmışdır.

    Ölkəmizin ümumi iqtisadi inkişafında Tərtər rayonunun da özünəməxsus payı var. Ötən ilin göstəriciləri də uğurludur. 2014-cü ildə rayonda ümumi məhsul buraxılışının həcmi 108 milyon manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 6,3 milyon manatını sənaye, 44,2 milyon manatını kənd təsərrüfatı, 12,2 milyon manatını tikinti və quraşdırma işləri, 39,03 milyon manatını ticarət xidmətləri, 5,5 milyon manatını nəqliyyat, 0,5 milyon manatını rabitə təşkil etmişdir.

    Ötən il rayon üzrə orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 7,2 faiz artaraq 230,4 manat təşkil etmişdir.

    Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqində möhtərəm Prezident İlham Əliyev demişdir:  «Qeyri neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin».

    Dövlət başçısının tövsiyələri və 2015-cü ilin ölkədə «Kənd təsərrüfatı ili» elan edilməsi rayonda bu sahənin inkişafını daha da sürətləndirmişdir. Mövcud problemlərin aradan qaldırılması, məhsul istehsalçılarının həvəsləndirilməsi məqsədilə dövlət tərəfindən subsidiyaların verilməsi əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasında çox böyük rol oynamışdır.

    2014-cü ildə rayonda 44,2 milyon manatlıq kənd təssərüfatı məhsulları istehsal edilmişdir.

    Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş «Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli Lider Heydər Əliyevin ideyalari müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzuları üzrə Heydər Əliyev Mərkəzində 2014-cü ilin fevral-may aylarında 34 tam orta məktəbin 661 nəfər, noyabr-dekabr aylarında isə 34 tam orta məktəbdən 710 nəfər XI sinif şagirdi dərslərdə iştirak etmişdir. Keçirilən dərslər Ulu Öndərin siyasi irsinin öyrənilməsində müctəsna rol oynamışdır.

    Rayonumuzun uğurları ildən-ilə artır. Ən başlıcası isə ona nail olmağa çalışırıq ki, savadlı, intellektual biliklərə malik sağlam gənclər yetişdirək. Bu məqsədlə rayonda yeni məktəb binaları tikilir,  vaxtaşırı müxtəlif idman yarışları keçirilir.

    Cəbhə xətti boyunca yerləşən və düşmənlə üz-üzə mərdliklə dayanan Tərtər bizim fəxrimiz və qürurumuzdur. Onu daha da gözəlləşdirmək və inkişaf etdirmək, insanların həyatını firavan etmək üçün hər birimiz əzmlə çalışırıq.

    Müstəqim Məmmədov,

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı  

     

    Müəllif: Redaktor, 09:42

    Teqlər:

İsmarıclar bağlıdır.