Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    Изображение 089Bu günlərdə Tərtər rayonunda, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı “mövzusunda “Dəyirmi masa” keçirilib.
    Toplantını giriş sözü ilə məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb. Bildirilib ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürülənlərin fəaliyyəti çox səmərəli olduğundan bu tədbir 12-ci dəfədir ki, rayonumuzda təşkil olunur. Keçirilmiş “Dəyirmi masa”ların nəticələri işəgö-türülənlərlə məşğulluq xidməti arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz töhfəsini verib. Sosial tərəfdaş-ların məşğulluq mərkəzi ilə daha sıx əlaqə saxlamaları buna əyani sübutdur.
    Mərkəzin aparıcı məsləhətçisi Qədir Ələkbərov öz çıxışında kvota ilə bağlı işəgötürənlərə ətraflı məlumat verdi.
    Mərkəzin baş məsləhətçisi Sənan Səmədzadə son zamanlar inkişaf etmiş Avropa ölkələrində baş verən sosial-iqtisadi hadisələri, yaranmış maliyyə böhranları, işsizlik problemlərinin olduğunu önə çəkdi və bildirdi ki, dövlətimizin apardığı fəal iqtisadi siyasətin nəticəsi olaraq xalqımızın maddi rifahı daha da yüksəlib, gənclərin, eyni zamanda işsiz vətəndaşların məşğulluğunun təminatında ciddi dönüş yaranıb.
    Tədbirdə RİH-nin nümayəndəsi Çingiz İsayev iştirak edib.
                                                                                                                                                                                                                    

    Müəllif: Redaktor, 14:11

    Teqlər:

İsmarıclar bağlıdır.