Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy

    Изображение 077(1)Konstitusiya Gününə həsr olunmuş tədbirdə təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə yanaşı rayonun digər idarə və müəssisələrində çalışan, YAP üzvü olan fəal qadınlar iştirak ediblər.
    Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açıb.
    Sonra YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova məruzə edib.
    Məruzəçi göstərib ki, 1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalıb. 20 ildir ki, xalqımız bu günü əsas dövlət bayramlarından biri kimi təntənə ilə qeyd edir.
    Partiyamızın banisi, Ümummilli Liderimiz Heydər Əliyevin yaradıcısı olduğu əsas Qanunumuz qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsirlik dövlətçilik ənənələrimizə əsaslanır. Milli Konstitu-siyamız milli və ümumbəşəri dəyərləri özündə əks etdirdiyindən bu gün hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hissi doğurur.
    Toplantıda şəhər 5 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva, şəhər 6 saylı tam orta məktəbinin müəllimi Zülfiyyə Abdullayeva , rayon üşaq poliklinikasının müdiri Zəhra Hüseyinova, mədəniyyət və turizm şöbəsinin işçisi Ülviyyə Süleymanova, şəhər 2 saylı məktəb-liseyin müəllimi Səbinə Zeynallı çıxış ediblər.
    Tədbiri Ramiz Şabanov yekunlaşdırıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:22

    Teqlər:

İsmarıclar bağlıdır.