Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    Изображение 056“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək vətənpərvər və sağlam gənclərindir!” adlı layihə çərçivəsində Tərtər şəhərinin üç tam orta məktəbində layihə həyata keçirib.
    Tədbirlərdə Gənclər Fondunun, “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və müvafiq strukturların nüma-yəndələri, müəllimlər və şa-girdlər iştirak ediblər.
    Çıxış edən nümayəndələr və müəllimlər “ağ ölüm” adlan-dırılan narkotiklər və onların fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat veriblər. Dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıblar.
    Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən həmin məktəblərin yuxarı sinif şagirdlərinə, ümumilikdə 200-ə yaxın müx-təlif formada maarifləndirici buklet və 50 ədəd üzəri yazıl-mış köynək paylanıb.

    Müəllif: Redaktor, 08:40

    Teqlər:

İsmarıclar bağlıdır.