Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    Изображение 095Изображение 031Tərtər şəhərinin Mərkəzi Meydanında
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir Heydər Əliyev Mərkəzində “Dəyirmi masa”da davam etdirilib.
    Mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzdəki büstü önünə gül dəstələri qoydular, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla və fotostendlərlə tanış oldular. “Dəyirmi masa” arxasında Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,
    Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov Heydər Əliyevin ruhuna dua oxudu. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məruzə etdi. Rayon rəhbəri bildirdi ki, bu gün bütün varlığı ilə vətəni Azərbaycana, öz xalqına bağlı olan xalqımızın milli iftixarı, Azərbaycanın görkəmli siyasi dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi, müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əlirza oğlu Əliyevin anım günüdür. O korifey şəxsiyyəti itirməyimizdən düz on iki il keçir. Düz on iki ildir ki, Azərbaycan xalqı öz dahi rəhbərinin anım gününü dərin kədər və hüznlə qeyd edir. Heydər Əliyev Azər-baycan xalqına bir tanrı bəxşişi idi. O, sadə, zəhmətkeş bir ailədə doğulub boya-başa çatmışdır. Min cür maneələrdən, çətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalmışdı. Onun adı Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. O, əsl azərbaycanlı, dünya şöhrətli siyasətçi, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi. Ulu Öndər 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayıb. O vaxt Azərbaycan geridə qalmış aqrar bir ölkə idi, xalq ehtiyac içində yaşayırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikildi, yeni qəsəbələr salındı, neftayırma sənayesi yenidən quruldu, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondinsionerləri zavodları tikildi. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf etdi. İcra başçısı sonra qeyd etdi ki, bütün bu uğurları biz rayonumuzun tim-salında da gördük. Məhz Ulu Öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində 8 çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verildi. Ümummilli lider dəfə-lərlə Tərtərdə olub, 1978-ci ildə elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng Su anbarının tikintisi ilə bağlı Tərtərə gəlib, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.
    Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 34 ili respublikamız üçün “Qızıl dövr” adlandıra bilərik. O, öz xalqına, vətəninə əsl övlad məhəbbəti ilə xidmət edib. 1982-ci ilin dekabrında siyasi büroya üzv seçildi və SSRİ-nin Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. M. Qorbaçovun üzdəniraq yenidənqurma siyasəti ortaya atılarkən xalqımızın düşmənləri Ulu Öndərə qarşı açıq hücuma keçdilər və onu siyasi fəaliyyətdən uzaqlaşdırmaq üçün hər cür tədbirə əl atdılar. 1987-ci ildə Ulu Öndər vəzifəsindən istefa verdi və Kommunist partiyasından çıxdı.1990-cı ilin yanvar hadisələrində Azərbaycan xalqına qarşı qətl törədən rus imperiyasının ilk dəfə olaraq iç üzünü açan, bütün dünyaya car çəkən Ulu Öndər oldu. Bundan sonra 1990-cı ilin iyununda Heydər Əliyev Naxçıvana gəldi və yenidən siyasi meydana qayıtdı. 22 iyul 1990-cı ildən 9 iyun 1993-cü ilədək Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdi, Naxçıvandan Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan MR-nın Ali Məclisinə deputat seçildi. Burada xalqın tələbi ilə Ali Məclisin sədri vəzifəsində işlədi. Məhz Yeni Azərbaycan Partiyası da Naxçıvanda 1992-ci ilin 21 noyabr təsis konfransında yaradıldı və Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başladı.“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsi haqqındakı Sərən-camı da Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev imzaladı.
    Azərbaycan xalqı yenə də Ulu Öndərə pənah gətirdi. 1993-cü il iyun ayının 17-də Heydər Əliyev təkrarən hakimiyyətə gəldi və Azərbaycanı parçalanmaqdan qurtardı. O, əvvəlcə Azərbaycan Ali Sovetinin sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan 1993-cü ilin iyununda, 1994-cü ilin sentyabrında, 1995-ci ilin martında baş verəcək faciələrdən qurtuldu. Uzun müddətli atəşkəs əldə edildi. Heydər Əliyevin Prezidentliyi dövründə ilk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu .
    Bugünkü Azərbaycan, dövlətçiliyimiz, müstəqilliyimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlı olmaqla yanaşı, onun müdrik siyasətinin, parlaq zəkasının məhsuludur. Rayon rəhbəri daha sonra qeyd etdi ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı, ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı ilə daha da inkişaf edir və gözəlləşir. Biz bunu düşmənlə 48 km təmas xətti olan rayonumuzun da tim-salında görürük. Bu gün firavan yaşadıqları üçün qəhrəman tərtərlilər Ulu Öndərin xatirəsini ehtiramla yad edir, onun Azərbaycan xalqına əmanəti olan müstəqil Azər-baycanın çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən Respublika Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşir, daxili və xarici siyasətini dəstəkləyirlər. Sonra rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, şəhər 1 saylı tam orta məktəbin müəllimi Elçin Məhərrəmov, rayon icra hakimiyyətinin əməkdaşı Tunarə Məmmədzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış etdilər.
    Tədbirin sonunda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

    Yeni Tərtər

    Müəllif: Redaktor, 10:01

    Teqlər:

İsmarıclar bağlıdır.