Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    Изображение 136Изображение 148Cəbhə bölgəsində yerləşən rayonumuzda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq səyyar görüş-qəbullar keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.
    Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iş-tirakı ilə növbəti səyyar-görüş qəbul Qaradağlı kəndində keçirilib.
    Kənd sakinlərindən Əhməd Mirişov, Şəmsi Qasımov, Yavər Kərimov, Elbrus Sadıqov, Milrvari Əliyarova və başqaları yeni il ərəfəsində kəndin təbii qazla təmin edilməsinə görə razılıqlarını bildirib, əhalinin həyat şəraitindən və mövcud problemlərdən söz açıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb binasının əsaslı təmirinə ehtiyac olduğu diqqətə çatdırılıb.
    Sakinləri dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq-lar verib.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.