Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Dek

    img1278574

    DSC_3198Şaxta Baba çiynində iri çanta, əlində hasa dağlardan enib gəlib çıxdı Tərtərə. Şəhərin mərkəzində ucaldılmış Saat Qülləsinin yanında ayaq saxladı.
    DSC_0024
    001
    Əqrəblərin ikisi də 12-nin üstündə dayanmışdı. Düçündü ki, əsl vaxtdır, indi gedib balaca tərtərliləri təbrik edəcəkdir. Dönüb sağa baxdı, gördü ki, bir il ərzində Heydər parkı daha da gözəlləşib, parkdakı fəvvarələr şəhərə xüsusi füsunkarlıq verir, Heydər Əliyev Mərkəzinin işıqları isə sanki dil açıb hər kəsə xoşbəxt yeni il arzulayır.
    DSC_7062
    Şaxta Baba bir az dincəlmək istədi. Parkdan keçən arxların kənarındakı kürsüdə əyləşib, gur axan sulara baxaraq fikrə getdi.
    DSC_7012Hə, son vaxtlar o, qardaşlarından–digər ölkələrdə yaşayan Şaxta Babalardan həyəcan- lı məktublar alır. Hətta onların bəziləri Yeni il gecəsin-də bir çox evlərə getməyəcəklər. Çünki o evlərin sakinləri olan balacalar valideynlərilə birlikdə qaçqın düşüblər, çoxları sularda qərq olaraq dünyalarını dəyişiblər.DSC_7052 Изображение 011Kədərlidir, amma görəsən niyə insanlar dünyanı qan çanağına döndərməkdən yorulmurlar? Yazıq qoca özünün buz kimi soyuq başında bu sualın cavabını nə qədər axtardısa, tapa bilmədi.
    Xəyalı onu ötən əsrin 90-cı illərinin əvvəlinə apardı. Hə-min vaxt o da uşaqların yanına ürəkli gedə bilmirdi. Çünki kiminin atası şəhid olmuşdu, kiminin qardaşı. DSC_8463DSC_0102-300x201Nə şam ağacı bəzəyən vardı, nə də hədiyyə gözləyən. İndi şükür, ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də əmin-amanlıqdır. Bura gəlib çatanadək yolboyu o, hansı evin pəncərəsindən bax-dısa, hər yerdə işıq, bayram əhval-ruhiyyəsi gördü. Bu fikirlər ona xatırlatdı ki, yoluna davam etməlidir. Nağıllarda adətən işığa doğru gedirlər. Amma Tərtər başdan-başa çıraq-ban olduğundan, o, əvvəlcə hansı tərəfə gedəcəyini müəy-yənləşdirməkdə çətinlik çəkdi. Birdən çox yaraşıqlı iki bina gördü, hər ikisi yeni tikilmişdi, birinin üstündəki işıqlar isə daha gur yanırdı. Şaxta Baba yaxınlıqdakı polis nəfərinə yaxınlaşıb soruşdu ki, elə bil bunlar ötən il yox idi, axı? Polis əməkdaşı qocaya cavab verdi ki, bunların biri Yeni Azərbay-can Partiyasının yeni inzibati binasıdır, birisə şahmat mək-təbidir, Tərtərin balaca sakin-ləri üçün tikilir. Hələ bu nədir ki? Şəhərin Nizami küçəsində onlar üçün körpələr evi-uşaq bağçası da inşa olunur. Qoca fikirləşdi ki, Tərtərə gəlib balaca dostları üçün tikilən bu binanı görməmək günahdır. Odur ki, üz tutdu şəhərin Nizami küçəsinə. Budur, bu da həmin bina. İşlərin çoxu görü-lüb qurtarıb. Yəqin, yaxın vaxtlarda istifadəyə veriləcək. Elə bu vaxt başqa bir hündür, çoxmərtəbəli yaşayış binası gur işıqları ilə diqqətini cəlb etdi. O, ötən il də bu binanı görmüşdü, amma onda hələ sakinlər köçməmişdilər. Şaxta Baba çox sevindi. Axı, nə qədər şəhid, əlil balası indi bu evlərdə rahat yaşayır. Belə işlərə necə sevinməyəsən?
    Şaxta Baba bircə işə təəccüb qalmışdı. Yol boyu o, qazılmış çala-çuxurlara düşür, hasasın-dan bərk-bərk yapışaraq özünü yıxılmaqdan güclə saxlayırdı. Bunun səbəbini yenə də bu bayram gecəsində növbədə dayanan polis işçilərindən xəbər aldı. Onlar dedilər:
    –Ay qoca, bəs sən bilmirsən ki, Tərtərə yeni su və kanalizasiya xətti çəkirlər?! Artıq şəhərimizdə üfunətli küçələr olmayacaq, sakinlər isə gecə-gündüz içməli sudan istifadə edə biləcəklər. Sağlıq olsun, gələn il gələndə daha bu narahatçılıqları görməyəcəksən.
    Şaxta Baba əməlli-başlı sevindi. Gördü ki, Tərtərin gözəlliklərinə baxmaqla qurtaran deyil. Belə getsə, Yeni il gecəsini ötürəcək, yolunu səbirsizliklə gözləyən uşaq-larla görüşməyə macal tapmayacaq. Odur ki, bir-bir qapıları döydü: kiçikyaşlı müğənni, rayonun bütün tədbirlərinin yaraşığı olan Aytac Süleymanzadənin, dərs əlaçısı, şəhər 1 saylı tam orta məktəbin şagirdi, bir çox idman yarışlarının qalibi Araz Yusifzadənin və başqalarının hədiyyələrini özlərinə çatdırdı. Onların timsalında bütün tərtərli uşaqları, təbrik etdi, səmamızın aydın ol-masını, ilimizin ruzili, sakit və əmin-amanlıqla keçməsini arzu-ladı.
    Gecə bitəndə o, artıq öz əbədi məskəninə–qarlı dağlara çəkilmişdi və oradan uşaqların sevincini seyr edirdi. Düşü-nürdü ki, düşmənlə 48 km təmas xətti olan Tərtərdə nəinki ermənilər, heç bir qara qüvvə bu sevinci poza bilməz. Bunu etmək istəyənlər layiqli cəzalarını alacaqlar.

    Şaxta Babanı müşayiət etdi:
    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:17

    Teqlər:

İsmarıclar bağlıdır.