Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Yan

    Son illərdə ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Kənd təsərrüfatı mülkiyyətçilərinə verilən güzəştli yardımların miqyasının artması kənd təsərrüfatının əsas istehsal sahələrindən biri olan bitkiçiliyin inkişaf tempinə mühüm stimul verməkdədir. Belə ki, 2014-cü ildə rayonda kənd təsərrüfatının ümumi məhsulunun 62 faizinin bitkiçiliyin hesabına formalaşması buna əyani sübutdur.
    46869Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla vergilərdən azad edilmişlər. Fermerlər və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum , “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, tex-nika, damazlıq malqara almaq imkanlarına malikdirlər, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiya verir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etmişdir.
    Rayon üzrə 2015-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26461,7 hektar olmuşdur. Əkin sahəsinin 11228,7 hektarını və yaxud 42,4 faizini dənli və dənli paxlalı bitkilər, 2202 hektarını və yaxud 8,3 faizini texniki bitkilər, 1546 hektarını və yaxud 5,9 faizini kartof, bostan və tərəvəz bitkiləri, 11485 hektarını və yaxud 43,4 faizini yem bitkiləri təşkil etmişdir.
    2015-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 418,7 hektar və yaxud 3,6 faiz , o cümlədən buğda əkini 581,3 hektar və yaxud 9,4 faiz azalmışdır. Buna baxmayaraq, 2015-ci ildə qarğı-dalı nəzərə alınmaqla ilkin çəkidə 39729,4 ton taxıl məh-sulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq gös-təricisindən 385,8 ton və ya 1 faiz çoxdur.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olun-muş taxıl məhsulunun 52,4 faizini və ya 20837,4 tonunu buğda təşkil etmişdir. Taxılın 45,4 faizi və ya 18030,3 tonu arpa, 2,2 faizi və ya 861,7 tonu qarğıdalının payına düşür. Taxıl məhsullarının əkin sahələrinin azalmasına baxmayaraq, möv-cud sahələrin məhsuldarlığı yüksəlmişdir. Belə ki, 2015-ci ildə taxıl sahələrinin hər hek-tarın orta hesabla məhsuldarlığı 1,6 sentner, o cümlədən buğ-danın məhsuldarlığı 2.7 sentner, arpanın məhsuldarlığı 1.1 sentner, qarğıdalının məhsuldarlığı 1,3 sentner artmış və müvafiq olaraq, 37.1 ; 34,5 və 48,4 sentnerə çatmışdır.
    bentKartof kənd təsərrüfatı məhsulları-nın istehsalında mühüm yer tutur. 2015-ci ildə 571 hektar kartof sahəsindən 6229,7 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsul-darlıq 2014-cü ilə nisbətən 0,2 sentner artaraq 109,1 sentnerə çatmışdır.
    Ötən il rayonun təsərrüfatlarında 972 hektar müxtəlif növ tərəvəz sahəsindən 12413.1 ton tərəvəz istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsul-darlıq 2014-cü ilə nisbətən 0,9 sentner artaraq 127,7 sentner olmuşdur. Bundan başqa 3 hektar bostan bitkiləri sahəsindən 52,4 ton bostan məhsulları istehsal edilmişdir. Əvvəlki illə müqayisədə tərəvəz istehsalı 173,7 ton (1,4 faiz), bostan məhsulları istehsalı isə 35,4 ton (3,1 dəfə) artmışdır.
    2015-ci ildə rayonda 550 hektar sahədən 879,1 ton pam-bıq, 724 hektar sahədən 25586,1 ton şəkər çuğunduru, 928 hektar sahədən 2162 ton dən üçün günəbaxan istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq pambıq üzrə 16 sentner, şəkər çuğunduru üzrə 353,4 sentner, günəbaxan üzrə 23,3 sentner olmuşdur. 2014-cü ilə nisbətən hər hektardan orta məhsuldarlıq şəkər çuğunduru üzrə 25,4 sentner, günəbaxan üzrə 0,2 sentner artmışdır.
    imagesRayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 11485 hektar yem bitkiləri əkilmişdir. Yem bitkilərinin 40 hektarı birillik otlar, 11445 hektarı çoxillik otlar olmuşdur. Cari ildə 130,3 min ton çoxillik otların quru otu tədarük edilmişdir. Bu da hər hektardan 113,8 sentner məhsul deməkdir. 2014-cü ilə nisbətən hər hektardan orta məhsuldarlıq 1,3 sentner artmışdır.
    Rayonda 2015-ci il dekabrın 1-i vəziyyətinə 1180,6 hektar, o cümlədən bar verən yaşda 1077,8 hektar meyvə bağları və 11,1 hektar üzüm bağı, o cüm-lədən bar verən yaşda 10,1 hektar üzümlüklər mövcud olmuş- dur. Rayonda son bir il ərzində 7 hektar yeni meyvə bağları və 2,8 hektar giləmeyvəlik salın-mışdır. 2015-ci ildə rayonda 8671,1 ton meyvə və 889 ton üzüm istehsal edilmişdir. 2014-cü ilə nisbətən meyvə istehsalı 7,4 faiz, üzüm istehsalı 5,6 faiz artmışdır.
    Bundan başqa 2015-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 505 min 872 ədəd meyvə və 141344 ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
    2015-ci ildə rayonda 220 hektar sahədə təkrar əkin aparılmışdır. Həmin təkrar əkin sahələrindən 213,2 ton dənli və dənli paxlalılar, 1559,4 ton müxtəlif növ tərəvəz, 21 ton yem üçün qarğıdalının yaşıl kütləsi istehsal edilmişdir.

    Müəllif: Redaktor, 14:11

    Teqlər:

İsmarıclar bağlıdır.