Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan

    Изображение 005Изображение 003Hacıqərvənd kənd İnzibat Ərazi Dairəsi üzrə nümayəndəlik rayonumuzun iri yaşayış məntəqələrindən biri olmaqla ərazisi 1271 hektar, yerli əhalisi 2867 nəfər, ailə təsərrüfatlarının sayı 686-dır. Ərazidə 247 nəfərdən ibarət 79 məcburi köçkün ailəsi məskunlaşmışdır.
    Bu günlərdə keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyevin ötən il ərzində görülən işlər barədə hesabatı dinlənilib və qarşıda duran vəzifələr müzakirə edilib.
    Изображение 002Məruzəçi göstərib ki, nümayəndəlik öz işini Azər-baycan Respublikasının qanunlarına və 6 iyun 2012-ci il tarixli fərman ilə təstiqlənmiş ” Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun qurmağa çalışıb. Belə ki, 2015-ci ildə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılıb, kənd əməkçiləri bu sahədən yüksək məhsuldarlığa nail olublar. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi, torpaqda çalışan əmək adamlarına subsidiyaların verilməsi insanların bu sahəyə marağını qat-qat artırıb.
    Nümayəndəliyin ərazisində tam orta məktəb, körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi klub, kitabxana,14 ticarət və iaşə obyekti fəaliyyət göstərir. 11 subartezian quyusunun 9-u işləkdir. Kəndarasi yolların 16 kilometrinə çınqıl döşənib, yolların kənarlarına 2650 ədəd ağac əkilmiş, şəhidlər xiyabanına 150 ədəd gül kolu basdırılıb, 4 kilometr sahədə kəndarası yollar genişləndirilib. Kənd camaatının telefon, qaz, işıq sarıdan heç bir problemi yoxdur.
    İl ərzində görülən yaxşı işlərlə yanaşı nöqsanlardan da bəhs olunub. Hacıqərvənd kənd tam orta məktəbinin təmirə ciddi ehtiyacı olması, kənd kitabxanasının təmirsiz binada, körpələr evi-uşaq bağçasının yararsız binada yerləşməsi diqqətə çatdırılıb.
    Məruzə ətrafında çıxışlar olub. Hacıqərvənd kənd tam orta məktəbinin müəllimi Hafiz Abbasov, tibb məntəqəsinin müdiri Məhəbbət Həsənova, poçt şöbəsinin müdiri Ələkbər Mehdiyev, körpələr evi- uşaq bağçasının müdiri Nazilə Həsənova, kənd ağsaqqalı Əli Əliyev, bağçanın işçisi Tünzalə Zeynalova, kənd sakini Asif Quliyev mövcud çatışmazlıqlardan,kəndə marşrut avtobusunun işləməməsindən, həkim məntə-qəsində xidməti maşının ol- mamasından bəhs etməklə yanaşı, gələcəkdə həlli vacib olan digər işlər barəsində də fikirlərini bildiriblər.
    Yığıncağın işində rayon icra hakimiyyətinin nümayəndəsi Zakir Aslanov iştirak edib.
                                                                                                                                                          “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:43

    Teqlər:

İsmarıclar bağlıdır.