Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan

    Изображение 109Tədbiri YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova açıb. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xatirə Məmmədova XX əsr tarixinə ən amansız cinayətlərdən biri kimi daxil olmuş faciə ilə bağlı məruzə söyləyib. Məruzədə 20 Yanvara aparan yolun haradan başladığı, meydan hərəkatının yaranması və xalqımızın milli oyanışını, milli ruhunu əzməyə çalışanların vəhşilikləri, dinc əhaliyə qarşı törətdikləri amansız terror aktları əksini tapıb. Qeyd edilib ki, 20 Yanvar hadisələrinə birinci olaraq aydın və cəsarətli mövqe nümayiş etdirən məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev olub. Heydər Əliyev təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsinə görə məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısında ittiham edib.
    20 Yanvar günü xalqımız ən layiqli övladlarını itirib. Ona görə də bu günü Ümumxalq Hüzn Günü kimi qeyd edirik. Ancaq bu gün həm də şərəf və qürur günü-müzdür. Axı, azadlıq mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bu qanlar göyərib bizi azadlığa qovuşdurub.
    Bu fikirlər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibo-vanın, Sarov kənd kitab- xanasının müdiri Əfruz Babayevanın, YAP rayon təşkilatı Gənclər Birliyinin üzvü, şəhər 5 saylı tam orta məktəbinin müəllimi Səkinə Salmanovanın çıxışlarında da səslənib. Onlar bir daha göstəriblər ki, həmin gün – 20 Yanvarda xalqın azadlıq sədası göylərə qalxdı və şəhidlərin qanı bahasına əldə edilmiş bu azadlığı, müstəqilliyi qorumaq indi hər birimizin müqəddəs vəzifəsidir.
                                                                                                                                                       ”Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:22

    Teqlər:

İsmarıclar bağlıdır.