Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Yan

    Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekun-larına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Cənab Prezident iclasda giriş və yekun nitqi söyləyib. Ötən il dünyada və Azərbaycanda baş verən hadisələri ətraflı şərh edən ölkə başçısı göstərib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur.
    2015-ci ildə mövcud olan münaqişələrin həllini tapmamasını qeyd edən cənab Prezident dünyada və xüsusilə bizim re-gionda yeni təhlükə ocaqlarının yaranmasını bildirib və bu hadisələrin regionumuzun ümumi inkişafına mənfi təsir göstərməsini söyləyib.
    Prezident İlham Əliyev deyib: “Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini gös-tərsin”
    Ölkəmizin inkişafından danışan cənab Prezident göstərib ki, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra olunmuşdur. Lakin əfsuslar olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyiş yoxdur.
    2015-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafı, sosial proqramların yerinə yetirilməsi müsbət hal kimi qiymətləndirilib. Regionların inkişafı ilə bağlı görülən işlərin ürəkaçan olduğu diqqətə çatdırılıb.
    Eyni zamanda cənab Prezident 2016-cı il-də görüləsi işlər barədə də danışıb. O deyib: “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümu-miyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik.”
    İclasda qeyri-neft sektorunun inkişaf etdi-rilməsinin böyük əhəmiyyət daşıması bir daha diqəttə çatdırılıb. Göstərilib ki, əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inki-şafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələnmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır.
    Cənab Prezident bildirib ki, ölkəmizdə neftdən asılılıq azalır. Ancaq bu asılılıq minimuma enməlidir. İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır.
    Prezident deyib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır.”
    İclasda cənab Prezident 2016-cı ili Azərbaycanda “Multikulturalizm” ili elan edib. O bildirib ki, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Ölkəmizin nümunəsi göstərir ki, multikulturalizm yaşayır.
    Yekun nitqinin sonunda Prezident İlham Əliyev hər kəsdən daha fəal işləməyi tələb edib ki, qarşıda duran bütün vəzifələr icra edilsin.
                                                                                                                                                          “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:50

    Teqlər:

İsmarıclar bağlıdır.