Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    8869Bu problem cəmiyyətimizdə daim ən həssas məsələlərdən biri olub. Etiraf etməliyik ki, döyüş meydanlarında qəhrəmancasına vuruşaraq yaralanmış və həqiqətən əlil olan insanlar illərlə müxtəlif distansiyalardan keçərək gün kimi aydın olan həqiqəti sənədlərlə təsdiqlədə bilmirlər. Bunlardan biri rayonumuzun M.F. Axundov küçəsində yaşayan keçmiş topçu, Qarabağ müharibəsində başından yaralanmış Elxan Alıxanovdur.
    Digərləri isə əlillik dərəcəsi alırlar, ancaq ömürlük əlil olsalar da, hər il onlara əzab verən komissyalardan keçmək məcburiyyətində qalır, ağrı-acıları təkrarən yaşayır, əziyyət çəkirlər.
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 yanvar 2016-cı il tarixli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. Bundan sonra Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcəli əlilliyi olan şəxslərin əlillik müddəti Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən beş il müddətinə uzadılacaq. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən ediləcək. Əsasna-mənin 3.1.1-3.1.22-ci yarım bəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çat-mamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla üç il müddətinə uzadılır.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqdır. Həmçinin ikinci dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq.
    Yeni avtomatlaşdırılmış idarəetmə mo- deli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir. Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. Göründüyü kimi, yeni əsasnaməyə uyğun olaraq əlillik təyinatında mühüm dəyişikliklər olacaq. Yəqin ki, bu məsələdə yaranmış şəffaflıq nəticəsində ədalət bərpa olunacaq və hər kəs dövlətin humanist qanun-larından düzgün bəhrələnə biləcək. O cümlədən indiyədək öz hüquqlarından istifadə edə bilməyən bəzi müharibə veteranları da.
    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 07:43

    Teqlər:

İsmarıclar bağlıdır.