Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Копия Изображение 052Изображение 045Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Sarov kəndində keçirilib. Nümayəndəliyi əhatə edən kəndlərin sakinləri icra başçısı ilə görüşə gəlmişdilər. Onlardan Elbrus Hüseynov, Əli Şirinov, Rəfayıl Səfərov, Şahlar Çuğuyev, İsa Əhmədov, Əkrəm Rzayev, Elman Kərimov və başqaları çıxış edərək kəndlərdə görülən işlərdən danışdılar. Qeyd olundu ki, yeni artezian quyularının vurulması, Sarov kəndinin qazlaşdırılması və s. işlər rayon rəhbərliyinin insanlara göstərdiyi qayğısının bariz nümunəsidir.
    Görülən işlərlə yanaşı problemlərdən də danışan kənd sakinləri Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərinin qazlaşdırılması, kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi üçün yeni artezian quyularının qazılması, Sarov kənd klubunun əsaslı təmir olunması, kəndlərə gələn vaxtı keçmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, bəzi yerlərdə torpaq sahələrinin düzgün paylanmaması və digər məsələlər barədə məlumat verdilər.
    Səyyar görüş-qəbulda sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə aydınlıq gətirdi. Sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə lazımı tapşırıqlar verdi və həmin məsələlər RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
    Sonda tədbir iştirakçıları rayon ərazisində aparılan quruculuq işlərinə görə ölkə başçısına və səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:04

    Teqlər:

İsmarıclar bağlıdır.