Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    14471509253221465195_1000x669Hər fəslin öz gözəlliyi var, qışın da. Qışın gözəlliyi ondadır ki, havalar yağışlı, qarlı keçə. Elə ötən ilin son günlərində yağan qar kimi. Qışda havalar yağmurlu keçəndə payızlq bitkilər yaxşı inkişaf edir.
    Taxıl, arpa, yonca sahələrində ziyanvericilər məhv olur. Torpaq cana gəlir, belə olan tərzdə bol məhsula yaxşı zəmin yaranır. Tarixə qovuşan 2015-ci ildə də işlərimiz pis olmadı.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ili “Kənd təsərrüfatı ili” elan etməsi ailə-fermer təsərrüfatının üzvlərini daha yaxşı işləməyə ruhlandırdı. Əkin sahələrindən yüksək məhsul götürməyimizin baçlıca səbəb fermerlərə göstərilən qayğı, onlara subsidiyaların, güzəştli şərtlərlə texnika mühərrik yağı, mineral gübrələrin verilməsidir.
    Biz ailəlikcə bu il 3 hektar sahəyə payızlıq taxıl və bir hektara arpa səpmişik. İşlərin gedişi belə deməyə əsas verir ki, 2016-cı il daha uğurlu olacaqdır. Çünki payızlıq səpinlərdən sonra dərhal yağan yağışlar bitişin keyfiyyətini daha da yaxşılaşdırdı. Ondan sonra havalar bir müddət günəşli keçdi. Daha sonra yağan qar 3-4 gün yerdə qaldı. Bu isə ziyanverici həşəratların əsasən məhvinə səbəb oldu. 2015-ci ilin sonu, 2016-cı ilin ilk günlərindəki hava şəraiti bu ilin bolluq olacağından xəbər verir.
    Biz təsərrüfat adamları ilin başlanğıcında onun bol və yaxud kasad il olacağını əvvəlcədən təyin edə bilirik. Bunu təsərrüfatdakı çoxillik təcrü-bəmizdən öyrənmişik. İnşallah, 2016-cı ildə təsərrüfatın bütün sahələrində bol məhsul hasilə gələcəkdir.
     

    Eldar Əliyev

    Dəmirçilər kəndində ailə-fermer təsərrüfatının başçısı

    Müəllif: Redaktor, 15:09

    Teqlər:

İsmarıclar bağlıdır.