Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Fev

    Изображение 110Изображение 275Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar.
    Изображение 120Изображение 173Hərbi xidmətçilərin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edib, tərtərlilərin Vətənin müdafiəsində fədakarlığından danışıb. Bildirib ki, rayon ərazisi 48 kilometr məsafədə düşmənlə təmas xəttində yerləşir. Qarabağ müharibəsi za-manı minlərlə tərtərli Vətənin müdafiəsinə qalxıb, onlardan 300 nəfərdən çoxu şəhid olub, yüzlərlə insan sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş tərtərlilərdən 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
    Изображение 231Изображение 348Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Rasim Əliyev və general-mayor Hikmət Həsənov çıxış edərək, Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordusuna çevrilib.
    Cəbhə xəttində errməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhvalruhiyyəsi və ordu ilə xalqın monolit birliyi onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
    Изображение 078Изображение 448Tədbirdə iştirak edən Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə verilib.
    Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani və Xalq Artisti Pərvanə Qurbanovanın aparıcılığı ilə keçirilən tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin, Gəncə Dövlət Dram Teatrının və Tərtər rayon mədəniyyət və turizm şöbəsinin kollektivlərinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnı və rəqslər təqdim olunub, xüsusi təyinatlı dəstə döyüş bacarığını nümayiş etdirib.
    Sonra Heydər Əliyev Mərkəzində respublikanın müxtəlif bölgələrində xidmət edən hərbi qulluqçulara “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, qiymətli hədiyyələr və fəxri fərmanlar, həmçinin Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova, İlham Zəkiyevə və digərlərinə “Fədai” medalı təqdim olunub.
    Изображение 384Изображение 329Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Gənclər Günü münasibətilə şəxsi heyəti təbrik edərək bildirib ki, Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Gənclərin hər bir ölkənin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu deyən K.Vəliyev Azərbaycan gənclərinin yüksək intellektli vətəndaş kimi formalaşmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu diqqətə çatdırıb.

    Müəllif: Redaktor, 12:11

    Teqlər:

İsmarıclar bağlıdır.