Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Mar

    DSC_0720Hormətli tərtərlilər! Bu gün mən sizi, o cümlədən rayonumuzda məskunlaşmış məcburi köçkün və qaçqın bacı qardaşlarımızı, eləcə də düşmənlə təmas xətti boyunca səngərlərdə gecə –gündüz əmin-amanlığımızı qoruyan əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram!

    Baharın gəlişindən, təbiətin oyanışından, gecə ilə gündüzün bərabərləşməsindən xəbər verən bu el bayramı Azərbaycan xalqının çoxəsirlik mədəniyyətinin parlaq təcəssümüdür. Novruz həm də ünsiyyət, səmimiyət, mehribançılıq kimi ən yüksək əxlaqi dəyərləri özündə əks etdirən, yaşadan milli adətlərimizdən biridir.

    Heç bir qadağa bu gözəl adət-ənənəmizi xalqımızın yaddaşından silə bilməmişdir. Bu gün müasir, müstəqil Azərbaycanımızda milli-mənəvi dəyərlərimizin qorunduğu bir dövrdə baharın gəlişi də xüsusi təmtəraqla, qədim adət-ənənələrə uyğun şəkildə qeyd olunur.

    Əminəm ki, yazın gəlişi ilə rayonumuzda insanların əhval-ruhiyyəsi daha da yaxşılaşacaq, abadlıq-quruculuq işləri yeni vüsət alacaqdır.

    Arzu edirəm ki, bahar özü ilə bərabər hər bir ailəyə bol-bol sevinc və fərəh gətirsin! Biz yazın, Novruzun gəlişini indi işğalda olan doğma Qarabağ torpaqlarında qeyd edəcəyik.

    Novruz bayramınız mübarək!

    Müəllif: Redaktor, 16:10

    Teqlər:

İsmarıclar bağlıdır.