Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    Изображение 028Изображение 449Tərətr Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Seydimli kəndində keçirildi. Toplantıda rayon icra hakimiyyəti aparatının işçiləri, hüqüqmühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak edirdilər.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı.
    Sonra Seydimli kənd İƏD üzrə nümayəndə Güloğlan Kərimov məlumat verdi. Bildirdi ki, burada 683 təsərrüfatda 2720 nəfər əhali yaşayır. Ərazidə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, 3 məişət xidməti, 4 iaşə obyekti, poçtamt , 304 nömrəlik ATS və s. fəaliyyət göstərir. Həmçinin ərazidə 86 məcburi köçkün ailəsi məskunlaşıb. Onların sayı 311 nəfərdir.
    Görüş-qəbulda çıxış edən kənd sakinləri yaşadıqları ərazidə sosial-iqtisadi inkişafdan və mövcud problemlərdən danışdılar.
    Rayon rəhbərinə müraciət edən vətəndaşlar əsasən vacib problemlərdən – qaz çəkilişindən, içməli və əkin suyunun çatışmamasından, işlə təminat məsələlərindən, elektrik enerjisi ilə bağlı yaranmış çətinliklərdən, “Təzə məhlələr” deyilən ərazidə suyun qıtlığından, bəzi şəxsi evlərin təmirə ciddi ehtiyacı olmasından, arxların vaxtaşırı təmizlənməməsindən söhbət açdılar. Çıxış edənlər rayonumuzda, eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq-larını bildirdilər.
    Görüş-qəbulda edilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapdı, qalan məsələlər nəzarətə götürüldü.
    Seydimli kəndində keçirilən görüş-qəbulda Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdi.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu rayonumuzun Köçərli kəndində oldu. Görüşə kəndin 200 nəfərdən çox sakini gəlmişdi.
    Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunisov kənd haqqında məlumat verdi. Bildirdi ki, kənd rayon mərkəzindən aralıda yerləşsə də, rayonun rəhbəri əraziyə vaxtaşırı baş çəkir, problemlərimizi öyrənir, onların həlli üçün tədbirlər görür. Elə bu yaxınlarda kəndimizə mavi qaz yanacağının verilməsi də bu qayğının nəticəsidir.
    Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Tahir Cəfərov, Ziyəddin Nəcəfov, Şaməddin və Əkbər Hacıyevlər, Əlyar Vəliyev, Yusif Əsədov, Ramiz Yusibov və Rahim Abbasov kənd camaatı adından kəndə qaz çəkilişinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Həmçinin kənddəki çatışmazlıqlardan da danışıldı. Burada içməli, həm də suvarma suyunun azlığından giley etdilər. Kənd orta məktəbində istilik sisteminin olmamasından, qonşu Azadqaraqoyunlu kəndində tex-nikanın cəmləşdiyi aqrolizinqin yarıtmaz fəaliyyətindən, kənddə istismar müddəti başa çatmış elektrik naqillərinin və dayaqların dəyişdirilməsinə ciddi ehtiyac olduğundan bəhs etdilər.
    Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə münasibət bildirdi. Həmin məsələlərin bir çoxu öz həllini yerindəcə tapdıQalanları isə rayon icra hakimiyyətinin müvafiq məsul işçiləri tərəfindən nəzarətə götürüldü.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 14:19

    Teqlər:

İsmarıclar bağlıdır.