Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev


    Изображение 029Изображение 074Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli İider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inki-şafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, Respublika Prezi-denti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Tərtər rayonunda bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş tikinti-abadlıq, quruculuq işləri aparılıb, infrastruktur layihələr həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi təmin olunub. Rayonumuzda sahibkarların fəaliyyətindəki bürokratik əngəllər aradan qaldırılır, onlara dövlət tərəfindən lazımi şərait yaradılır.
    Sonra Milli Məslisin deputatı Sahib Alıyev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq, hazırda respublikada cəmiyyət quruculuğu prosesinə ehtiyac olduğunu bildirib. Respublika Prezidentinin tapşırığına uyğun olaraq əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dinamik inki-şafı məqsədi ilə görülən işlərdən danışıb.
    Görüşdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlar barədə danışıb.
    Borsunlu kəndindən sahib-kar İlham Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Ələsgərli kəndində tingçiliklə məşğul olan fermer Məhəm-məd Şirinov, Hüsənli kəndindən cins eksperimental kəndli fermer təsərrüfatının başçısı Məhərrəm Əliyev, Bəyimsarov kəndindən fermer Habil Məmmədov, Tərtər MMC-nin sədri Fərman Qur-banov maraqlı təkliflər veriblər.
    İctimaiyyət nümayəndələri qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək qiymətləndirib, regionlara, o cümlədən cəbhə bölgəsinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

    Müəllif: Redaktor, 14:26

    Teqlər:

İsmarıclar bağlıdır.