Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    Изображение 059Изображение 055Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti  tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyə təmsilçilərinin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Xatirə Məmmədova açmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev respublika Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir..
    Daha sonra Dövlət Xidmətinin rəisi Camal Quliyev “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyəti mürəkkəbləşdirən amillər” mövzusunda çıxış edərək, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Ermənistan respublikalarından, o cümlədən işğal altında olan ərazilərdən karantin tətbiq edilən və xüsusi təhlükəli növlərin respublika ərazisinə keçməsi və miqrasiyası problemini təhlil etmişdir. Eyni zamanda Camal Quliyev işğal altında olan ərazilərdən respublika ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyasının fitosanitar vəziyyəti mürəkkəbləşdirdiyini bildirmişdir.
    Xidmətin rəis müavini vəzifəsini icra edən Yaqub Cəfərov isə “Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzularında məruzə etmişdir.

    Müəllif: Redaktor, 15:22

    Teqlər:

İsmarıclar bağlıdır.