Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Fev

    Sosial-iqtisadi inkişaf təmin olunu

    Изображение 013Изображение 140Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun “2015-ci ildə rayonun sosial-iqtisadi inki-şafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə” hesabatı dinlənilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayonun Mərkəzi mey-danında ucaldılmış abidəsini ziyarət edərək, önünə qızıl gül və qərənfillər düzüblər. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə yığıncaq Gənclər Mərkəzində işini davam etdirib. Mərkəzin qarşısında təşkil olunmuş ötən il rayonda əldə edilmiş sosial-iqtisadi göstəriciləri əks etdirən müxtəlif stendlər, rayonda istehsal olunan məhsulların sərgisi də maraqla qarşılanıb.Bundan sonra mərasim iştirakçıları hesabat müddətində rayonda görülən quruculuq işlərinə həsr olunmuş qısametrajlı sənədli filmə tamaşa ediblər.
    İllik hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri bildirib ki, dünyada baş verən mənfi proseslərə və çətinliklərə, bey-nəlxalq iqtisadi və siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan ötən il də inamla irəliləyib və bu proses hazırda uğurla davam etdirilir. O cümlədən 2015-ci ildə Tərtər rayonunda da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra işlər görülmüş, sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində yeni nailiyyətlər əldə edilmişdir.
    Изображение 156Möhtərəm Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar göstəriş və tapşırıqlarını əldə rəhbər tutaraq, rayonda sahibkarlığın və aqrar sahənin inkişafı ilə bağlı tədbirlər genişləndirilmişdir. Hazırda rayonumuzda 209 hüquqi , 1595 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində sahibkarlıq fəaliyyəti göstərir. Sahibkarlara Kömək Milli Fondu tərəfindən il ərzində 34 sahibkara 359,2 min manat güzəştli kreditlər verilmişdir.
    Rayonda əkinçiliyin və heyvandarlığın müasir tələblər səviyyəsində inkişaf etdirilməsi məqsədilə potensial imkanlar hərəkətə gətirilmiş, nəticədə hər iki sahənin göstəriciləri ötən illə müqayisədə xeyli artmışdır.
    Məlum olduğu kimi, hazırda bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində əhalinin sosial müdafiəsi məsələləri ön planda durur və cənab Prezidentin müvafiq sərəncamları ilə bu işlər daha da gücləndirilmişdir. Bu sahədə görülən işlərdən danışan rayon rəhbəri eyni zamanda qarşıda duran vəzifələri şərh etmiş, məmurlara ölkə başçısının tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri bir daha xatırlatmışdır.
    Bu gün Azərbaycan dünya üçün açıq tolerant bir ölkədir. Burada yaşayan hər kəs milliyətindən, dinindən asılı olmayaraq eyni hüquqa malik olmaqla, azad yaşayır. Məhz buna görə də 2016-cı il möhtərəm Prezidentimiz tərəfindən “Multikulturalizm ili” elan edilmişdir. Rayon rəhbərinin məruzəsində dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, əsrlərlə mövcud olan tolerantlıq mühitinin qorunub saxlanılması, dini dözümsüzlük meyllərinin baş qaldırmaması üçün lazımi tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.
    Sonda icra başçısı bildirib ki, tərtərlilər bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qarşıda duran vəzifələri inamla yerinə yetirəcəklər.
    Məruzə ətrafında çıxışlar olub. Rayon prokuroru Azər Hətəmov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Bəyimsarov kəndin-dən fermer Habil İbrahimov, Bölgə Təcrübə Stansiyasının direktoru Mehman Babayev, rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov 2015-cü ildə görülən işlər və qarşıda həllini gözləyən problemlərdən danışmışlar.
    Hesabat yığıncağının işində Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Ağalar Vəliyev və Sahib Alıyev iştirak və çıxış ediblər.
    Məruzə və çıxışlar dinlənildikdən sonra yığıncaq müvafiq qərar qəbul edib.
    Yığıncaq iştirakçıları adından Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
    Tədbirin sonunda sahibkarlıq fəaliyyətində səmərəli fəaliyyətinə görə Habil İbrahimova və Məhərrəm Əliyevə rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:36

    Teqlər:

İsmarıclar bağlıdır.