Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 22Fev

    Zati-aliləri!
    Sizin Azərbaycan dövlətinin xilaskarı, cahan-sümul tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqliyiniz, müdrik bir lider kimi apardığınız düşünülmüş, məqsədyönlü və ardıcıl siyasət nəticəsində 2015-ci ildə dünyanı bürüyən siyasi, iqtisadi və sosial gərginliyə baxmayaraq, Azərbaycan yenə öz dinamik inkişaf tempini saxlamış, hətta bir çox sahələrdə tərəqqiyə də nail olmuşdur. Dünyada neftin qiymətinin bir ildə 4 dəfəyə yaxın aşağı düşməsi neft ixrac edən ölkələrdə ağır iqtisadi böhrana səbəb olmuş və bu Azərbaycandan da təsirsiz ötüşməmişdir. Lakin Sizin uzaqgörənliyinizin bəhrəsi olaraq son bir neçə ildə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi bu mənfi tendensiyanın təsirinin minimuma endirilməsini təmin etmişdir. Bunların nəticəsidir ki, ölkəmiz dünyanın aparıcı ölkələri sırasındadır və bölgənin lider dövlətinə çevrilmişdir.
    Hörmətli cənab Prezident!
    Sizin sədrliyinizlə ilin əvvəlində Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında və ondan bir neçə gün sonra keçirdiyiniz iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə qeyd olunmuşdur ki, ötən il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin, eləcə də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşmüşdür. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində qarşıya qoyulan bütün sosial vəzifələr tam yerinə yetirilmiş, iqtisadiyyatımız artmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının əsasını təşkil edir. Hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan böyük rol oynayır. Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Qars dəmir yolu layihələri bu istiqamətdə əsas faktor hesab olunmalıdır. Sizin siyasi iradənizin, polad kimi möhkəm qətiyyətinizin nəticəsidir ki, Azərbaycan dünya və Avropa ölkələri arasında söz sahibinə çevrilmişdir.
    Möhtərəm cənab Prezident!
    Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində həmişə vətəndaşların qayğı və problemlərinin həlli yolunda Siz əvəzsiz xidmətlər göstərmiş və xalqımızın dərin rəğbət və inamını qazanmışsınız. İqtisadi böhran içində çırpınan müasir dünyada, ələlxüsus neftin ucuzlaşması ilə bağlı regionda milli valyutaların ciddi devalvasiyaya uğradığı bir dövrdə Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təmin olunması, həmçinin əmək haqlarının, təqaüdlərin, müavinətlərin Sizin sərəncamlarınızla artırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün ərzaqla bağlı dövlət müavinətinə əlavə olunması və digər maddi köməkliklər bu gün dünyanın heç bir ölkəsində mövcud deyildir.
    Hörmətli cənab Prezident!
    Ötən il Sizin 20 xarici ölkəyə səfəriniz, 15 ölkənin dövlət və hökumət rəhbərlərini Azərbaycanda qəbul etməyiniz ölkəmizin nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə xidmət etmişdir.
    Bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakınız, çıxışınız və bir sıra dövlətlərin rəhbər şəxsləri ilə çoxsaylı görüşləriniz Sizin əvəzsiz lider kimi yüksək imicinizi bir daha təsdiq etmişdir.
    Sizin bölgələrə müntəzəm səfərləriniz dövlət siyasətinin yerlərdə həyata keçirilməsinə effektiv nəzarət mexanizminin tərkib hissəsi olmaqla bərabər, həm də şəxsi idarəçilik nümunəsidir. 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməyiniz də məhz rayonlarımızın sosial-iqtisadi inkişafına dövlət rəhbəri səviyyəsində münasibətin məntiqi nəticəsidir.
    Hazırda müharibə gedən ölkələrdən Avropaya milyonlarla miqrant axını və onlara milli-dini zəmində yanaşma tərzi fonunda Sizin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməyiniz ölkəmizdə multikultural dəyərlərə yüksək qiymət verilməsinin və tolerantlığa dövlət səviyyəsində göstərilən münasibətin Azərbaycan nümunəsini beynəlxalq arenada ortaya qoyur. Bu onu göstərir ki, bizdə bütün millətlərin və dövlətlərin nümayəndələri eyni insan hüquq-ları çərçivəsində birlikdə, rahat və istədikləri kimi yaşayırlar.
    Hörmətli cənab Prezident!
    Sizin cəbhə bölgələrinin sosial-iqtisadi inkişafına xüsusi qayğınız bu bölgələrdə yaşayan insanlarda dövlətə, öz doğma Prezidentinə inamı qat-qat artırır, yürütdüyünüz siyasət nəticəsində Vətənimizin ərazi bütövlüyünün təmin ediləcəyinə güvənc hissimizi daha da möhkəmləndirir.
    Göstərdiyiniz daimi diqqət nəticəsində cəbhə bölgəsi olan Tərtər rayonu da sürətlə inkişaf edir, sosial-iqtisadi problemlər ardıcıl həll olunur.
    Dövlətə və dövlətçiliyə həmişə sadiq qalan tərtərlilər öz doğma Prezidentlərini– Sizi böyük məhəbbətlə sevir və Sizin ətrafınızda sıx birləşiblər.
    Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunu ardıcıl həyata keçirməyinizi və ölkəmizin hərtərəfli tərəqqisinə hesablanmış siyasətinizi tərtərlilər bəyənir və dəstəkləyirlər.
    Sizi əmin edirik ki, qarşıya qoyduğunuz məsul vəzifələrin yerinə yetirilməsi, iqtisadiyyatımızın davamlı inkişafının təmin edilməsi üçün biz tərtərlilər də qüvvə və bacarığımızı əsirgəməyəcəyik.
    Sizə yeni dünya düzənində doğma Azərbaycanımızın inkişafı, vətənimizin ərazi bütövlüyünün təmin olunması, xalqımızın xoşbəxt və firavan həyata qovuşması naminə şərəfli və məsul vəzifənizdə uğurlar arzulayırıq!

    Müraciət Tərtər Rayon İcra Hakimiyyəti Başçısının 19 fevral 2016-cı il tarixli hesabat yığıncağının iştirakçıları tərəfindən qəbul edilmişdir.

    Müəllif: Redaktor, 11:04

    Teqlər:

İsmarıclar bağlıdır.