Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    VALİDEYN MƏSULİYYƏTİ
    usaq-aileYazıya başlamazdan əvvəl rayon Statistika idarəsinə zəng vurdum və 2015-ci ildə rayonumuzda nigaha girənlər və boşananlar haqqında məlumatı öyrəndim. Bildirdilər ki, rayon üzrə ötən il 507 ailə qurulub, 125-i isə dagılıb.
    Boşananların hansı birini dindirsək, haqlı olduğunu deyəcək, əslində elə yəqin ki, onlar haqlıdırlar.Çünki səbəbsiz yerə insan öz isti ailə ocağını dagıtmaz. Bu, məsələnin bir tərəfidir.
    Məsələnin digər tərəfi daha agrılıdır, həm boşananların özlərindən ötrü, həm də gələcəkdə cəmiyyət üçün. Bu məsələ yarımçıq ailələrdə böyüyən uşaqların taleyi ilə bağlıdır.
    Ola bilsin ki, həmin uşaqlardan bəziləri maddi çətinlik çəkmirlər (bu, çox az halda belədir), lakin maddiyətdən başqa mənəvi boşluqlar da var ki, bunları yalnız ata və ananın, ümumiyyətlə, ailənin bir yerdə oıması doldura bilər.
    Valideynin birinin həyatdan vaxtsız getməsi dərddir. Belə hallarda uşaq dərk edir ki, bu itkini heç nə ilə geri qaytarmaq mümkün deyil. Amma , ata, yaxud ana həyatda ola-ola , bunların birindən ayrı yaşamaq uşaq psixologiyasına ciddi təsir göstərir.
    Bəzi hallarda ailə bir yerdədir, lakin bu birlik ailə dəyərlərindən uzaq olduğundan, uşaqların tərbiyəsinə yalnız mənfi təsir göstərir. Rayon polis şöbəsində “çətin” uşaqlar kimi qeydiyyata götürülənlərin siyahısına nəzər salsaq gö-rərik ki, belələri də məhz məsuliyyətsiz, valideynlik borcunu dərk etməyən insanların övladlarıdır. Kiçik yaşlarından cinayətə meyilli olan bu uşaqları əyri yola aparan səbəblərin əksəriyyəti də elə valideynlərlə bağlıdır.
    Tərtər Rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Ceyhun Əliyevdən öyrəndik ki, hazırda rayonda 14 uşaq barəsində fərdi profilaktiki iş açılmışdır. Bu uşaqlar hansı əməlləri törədiblər?
    Onların arasında içkili vəziyyətdə avtomobil idarə edən, qonşu ilə dalaşan, hətta valideynini döyən də var. Gələcəkdə bu uşaqların islah olunacağına inanaraq, onların adlarını çəkmirik.
    Ancaq bir daha xatırlatmaq istəyirik ki, əgər kiçik yaşlarından övlad ailədə milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə alarsa, o, heç zaman belə xoşagəlməz hərəkətlərə yol verməz.
    Milli-mənəvi dəyərlərimiz sözdə yox, əməldə qorunmalıdır. Hər bir ailə bu dəyərlərin daşıyıcısı olmaqla, cəmiyyətimiz üçün layiqli, xeyirli vətəndaşlar tərbiyə etməlidir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:24

    Teqlər:

İsmarıclar bağlıdır.