Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

    213600Ermənilərlə 48 kilometr təmas xəttində yerləşən rayonumuzun kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Qeyd edək ki, rayonumuzun 51 yaşayış məntəqəsi var. Rayon mərkəzi də daxil olmaqla 32 yaşayış məntəqəsində abunəçilər mavi qaz yanacağından istifadə edirlər. Təkcə 2015-ci ildə rayonumuzun 14 iri yaşayış məntəqəsinə mavi yanacaq verilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov özü kəndlərdə aparılan qazlaşdırma işlərini xüsusi nəzarətdə saxlayır.
    Ötən il Mamırlı, Poladlı, Kəngərli, BalaKəngərli, Borsunlu, Təzəkənd, Hacıqərvənd, Cəmilli kəndlərinin sakinləri mavi qaz yanacağından istifadə etməyə başlayıblar.
    Hal-hazırda rayonumuzda mavi qaz yanacağından istifadə edən abonentlərin sayı 10800 nəfərdən çoxdur.
    Bir sıra kəndlərimizdə – o cümlədən Sarov, Bəyimsarov, İlxıçılar, Dəmirçilər kəndlərində qaz çəkilişi başa çatmış, hər evə sayğac və tənzimləyici quraşdırılmış-dır. Yaxın günlərdə adları qeyd olunan kəndlərimizin sakinləri də mavi yanacaqdan istifadə edəcəklər. Rayonumuzun Seydimli, Ağkənd, Azadqaraqoyunlu, Kəbirli, Xoruzlu və digər yaşayış məntəqələrinə də mavi qaz yanacağının verilməsi təmin olunacaq. Rayonumuzun kəndlərində qaz çəklişi “Alıbəyli U”, Kons-trukşin və “Parlaq MMC” şirkətləri tərəfindən həyata keçirilir.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 11:56

    Teqlər: ,

İsmarıclar bağlıdır.