Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

    c9b13914-fc65-4372-b340-ebf71b2dc91fÖlkə Prezidenti möhtərəm İlham Əliyevin sahibkarlara, fermerlərə, eləcə də ailə fermer təsərrüfatlarının üzvlərinə köməklik göstərməsi bizləri daha yaxşı işləməyə, Prezidentimizin ətrafında sıx birləşməyə şövq edir.
    Mən özüm Ağdam köçkünüyəm. Xeyli vaxdır ki, Hüsənli kəndində dövlət torpağını icarəyə götürüb taxıl əkib becərirəm. Otən il 8 hektara taxıl səpmişdik. Becərmə, suvarma işlərini vaxtında aqrotexniki qaydalar əsasında apardığımız üçün hektarın məhsuldarlığı nəzərdə tutulandan çox oldu. Hər hektardan 35 sentner taxıl götürdük. Cari ilin bol məhsulu üçün taxıl sahələrini 2 hektar da artıraraq 10 hektara çatdırmışıq. Yuxarıda qeyd etdim ki, biz sahibkarlar dövlətin dəstəyinə güvənirik. Elə bu məqsədlə də sahibkarlığı in-kişaf etdirmək üçün bu yaxınlarda dövlətdən aşağı faizlə 10 min manat kredit götürmüşəm.
    Taxıl sahələrinə aqrotexniki qaydalar əsasında qulluq etdiyimiz üçün sahələr günbəgün yaşıllaşır, boy atır. Nəzərdə tutmuşuq ki, 2016-cı ildə hektarın məhsuldarlığını 40 sentnerə çatdıraq. Yeni götürdüyümüz kreditin hesabına təsərrüfatın digər sahələrini də inkişaf etdirəcəyik.

    Anar Şirinov,
    Hüsənli kəndində sahibkar,
    Ağdam köçkünü.

    Müəllif: Redaktor, 12:02

    Teqlər:

İsmarıclar bağlıdır.