Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

     DAİM DƏSTƏKLƏYİRİK

    img1485508AAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, başda özüm olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir. Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşlara yuxarıdan aşağıya baxması yolverilməz bir haldır.
    Prezidentimizin biz sadə əmək adamlarının qayğısına qalmasını ölkədə hamı ürəkdən alqışlayır, onu sevir, daim onunla birgə olmağımızdan qürur duyuruq. Çünki hər bir sahədə çalışan insan, istər əkinçi olsun, istər maldar, istərsə də başqa peşə sahibi, düşünür ki, onun əməyinə qiymət verən, arxasında duran ölkə başçısı var. İndi insanları var qüvvə ilə işləməyə, torpağı sevməyə, ondan bol məhsul götürməyə ruhlandıran da budur.
    Mən özüm çoxdan təsərrüfatla məşğul olan adamam. Uzun müddət pambıqçılıq briqadiri işləmişəm. Həmişə də briqa-damızın adı qabaqcıllar sırasında çəkilib.
    1970-80-ci illərdə Ulu Öndər Heyder Əliyev rayonumuza gələndə bizim kolxozda olub, insanlarla görüşüb. Bizə də-yərli məsləhətlərini verib. Onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimizin sadə insanların arxasında durması, onların qayğı və problemləri ilə maraqlanması, kənd camaatına mineral gübrələrin və mühərrik yağlarının güzəştli şərtlərlə verilməsi, hektara 50 manat hesabı ilə subsidiyaların təmin olunması əmək adamlarını həm sevindirir, həm də işə olan həvəsini qat-qat artırır.
    İndi zaman dəyişib. Müstəqillik dövründə yaşayıb işləyirik. Necə deyərlər, torpaq sahibkarın, fermerin, ailə fermer təsərrüfatı üzvlərinindir.
    Bizim hər birimiz dövlətimiz tərəfindən göstərilən qayğıya cavab olaraq elə işləməliyik ki, bolluq yaransın. Ölkəmizin iqtisadi qüdrəti günbəgün artsın.
    Biz təsərrüfatımızda taxıl, arpa, yonca əkib becərir, mal-qara bəsləyirik. Hər il bütün sahələrdən bol məhsul götü-rürük.

    Əjdər Həsənov,
    Dəmirçilər kəndində ailə-fermer təsərrüfatının başçısı 

    Müəllif: Redaktor, 12:12

    Teqlər: ,

İsmarıclar bağlıdır.