Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Изображение 073Tədbiri giriş sözü ilə YAP Tərtər Rayon Təşkilatı Aparatının rəhbəri Kamil Məmmədov açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP gənclər təşkilatının sədri Emin Pənahov məruzə ilə çıxış etdi. Göstərdi ki, bəşər tarixində kütləvi qətliamı ilə tarixə yazılan faciələr çox olub. Bunların sırasında ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu soyqırımı törətməkdə məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən o faciəni törətsə də, öz niyyətinə çata bilmədi. Xocalılar amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmışlar.
    Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində həmin gecə 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin– qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərinə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları şaxtadan şikəst olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu cinayətdə 56 nəfər Xocalı sakini xüsusi qəddarlıqla qətlə yetirilmişdir, başları kəsilmiş, başlarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdır. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan, insanlığa sığmayan təhqiramiz hərəkətlər edilmişdir. Tədbirdə YAP rayon təşkilatının işçisi Arzu Yaqubova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Zülfiyə Abdullayeva, rayon mədəniyyət və turizm şöbəsinin işçisi Sevda İskəndərova, Söylən kənd tam orta məktəbinin müəllimi Mübariz Albetov, məktəbdənkənar uşaq yaradıcılıq birliyinin direktoru Ülviyyə Qənbərova, 1 saylı məktəbdə uşaq birliyinin sədri Tünarə Bayramova çıxış edərək Xocalı soyqırımı qurbanlarının xatirəsindən ürəkağrısı ilə danışmışlar.

    “ Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:46

    Teqlər:

İsmarıclar bağlıdır.