Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Müdafiə təlimləri

    Изображение 301Rayonumuzda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov açdı. Sonra söz məktəbdə mülki müdafiə qərargahının rəisi Günay Cəfərovaya verildi. O, “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda məruzə etdi.
    Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir.
    Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Beynəlxalq MM Təşkilatının əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, mülki mü-dafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.
    Sonra qeyd olundu ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanmış mülki müdafiə işinin təşkili ilə əlaqədar birgə fəaliyyət proqramına əsasən məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində “Xilasetmə vərdişlərinin əsasları”, ali məktəblərdə “Mülki müdafiə”, “Mülki müdafiə ilə tibbi biliklərin əsasları”, “Xilasetmə vərdişləri” proqramlarına uyğun olaraq maarifləndirmə işləri aparılır.
    Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayon şöbəsinin nümayəndələri də iştirak etdilər.
    Təlimlə bağlı məktəb kollektivinin hazırladığı tədbirlərə baxıldı.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 14:00

    Teqlər:

İsmarıclar bağlıdır.