Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Mar

    2015-ci ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2014-cü ilə nisbətən 15,1 faiz artaraq 125,8 milyon manat olmuş, onun adam-başına düşən həcmi 11591,3 manat təşkil etmişdir. Son beş ildə rayonda əhalinin adambaşına düşən məhsul buraxılışı 35,8 faiz və ya 419,5 manat artmışdır.
    Məhsul və xidmətlərin 63,7 faizi istehsal sahələrinin, 36,3 faizi xidmət sahələrinin payına düşmüşdür.
    2015-ci ildə 48,1 milyon manatlıq və ya ümumi məhsulun 38,3 faizi qədər kənd təsərrüfatı sahəsində, 42,3 milyon manatlıq (33.6%) ticarət və xidmət sahəsində, 26,4 milyon manatlıq (21%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 5,6 milyon manatlıq (4,4 %) sənayedə, 2,8 milyon manatlıq (2,2%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,6 milyon manatlıq (0,5%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
    2015-ci ildə rayonda əhalinin gəlirləri 2014-cü ilə nisbətən 0,2 % faiz artaraq 191 milyon manata çatmışdır. Son beş ildə rayonda əhalinin adambaşına düşən gəlirləri 6,6 faiz və ya 149,5 manat artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 10:59

    Teqlər:

İsmarıclar bağlıdır.