Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    005Şəhər 6 saylı tam orta məktəbində Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
    Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva bildirdi ki, dünyada Beynəlxalq Ana Dili Günü 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən təsis edilmişdir.
    Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mühüm bir amildir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.
    2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında “Dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində irəliyə doğru daha bir addım olmuşdur.
    Sonra ana dili haqqında məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva danışdı. IVb sinif şagirdləri “Dilim” şeirini kompozisiya şəklində söylədilər. Va sinif şagirdi Ülkər Abdullayevanın, IVb sinif şagirdləri Elxan İsmayılzadə və Sənan Kərimlinin, Vb sinif şagirdi Ceyran Atakişiyevanın ifasında ana dilimizə aid mahnı və şeirlər səsləndi.
    Belə tədbirlətin keçirilməsi məktəbdə ənənə halını alıb.

    Müəllif: Redaktor, 11:20

    Teqlər:

İsmarıclar bağlıdır.