Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Əziz tərtərlilər! Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ta qədimlərdən qoruyub saxladığı, bu günümüzə qədər gətirdiyi Novruz bayramının özünəməxsus yeri vardır. Novruzun gəlişi o deməkdir ki, təbiət oyanır, ana torpaq cana gəlir, həyat yeniləşir, bu yeniləşmə, bu oyanış insanların həyatında, qəlbində öz yerini tutur.
    Əsrarəngiz təbiəti və zəhmətsevər insanları olan Tərtər torpağında yazın gəlişi xüsusi ilə gözəldir.
    Möhtərəm Prezidentimizin Tərtərə və tərtərlilərə göstərdiyi qayğının nəticəsidir ki, rayonumuz son zamanlar xüsusilə gözəlləşib, tanınmaz olub. Hər bir tərtərlinin yaxından köməkliyi nəticəsində bu gözəllik, yenilik, yaxşıya doğru dəyişir, günbəgün artır, çoxalır.
    Bütün bunlarla yanaşı Novruz həm də paklıq, barışıq, ruzi-bərəkət bayramıdır. Arzu edirəm ki, hər birinizin ürəyində bahar kimi təmiz və ülvi hisslər yaşansın. Səmamız aydın, ocaqlarımız isti, süfrələrimiz ruzili və bərəkətli olsun.
    Əziz həmvətənlər! Tərtərdə yüzlərlə qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Yazın gəlişi onların qəlbindəki yurd həsrətini daha da alovlandırır. Sizi əmin etmək istəyirəm ki, ölkə başçısı möhtərəm İlham Əliyevin apardığı daxili və xarici siyasət sizin hər birinizin ürəyində olan yurd həsrətinin, arzularınızın həyata keçməsinə zəmin yaradacaqdır.
    Bayram günlərində hərbi hissələrdə olmağımız, əsgər və zabitlərlə görüşlərimiz həmişə onlarda bayram sevinci yaratmışdır. Ona görə də ürəkdən deyirik: “Novruz bayramınız mübarək, Azərbaycan əsgəri!”
    Ölkəmizin hər bir bölgəsində olduğu kimi Tərtərdə də insanlar Novruzdan xoş müjdə gözləyirlər. Qapılarınızı hər zaman xoş müjdələrə açasınız!
    Qoy bu baharın qədəmləri uğurlu olsun, hər evə, hər ocağa xoşbəxtlik və firəvanlıq gətirsin.

    Müəllif: Redaktor, 11:38

    Teqlər:

İsmarıclar bağlıdır.