Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Изображение 004Изображение 010Gənclər Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.
    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər. Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ölkəmizdə milli-mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən, multikulturalizm ənənəsindən, müasir dünyada getdikcə güclənən dini radikalizm və onun fəsadlarından danışıb.
    Seminar-müşavirədə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov və Qarabağ seyid ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından bəhs ediblər.

    Müəllif: Redaktor, 11:52

    Teqlər:

İsmarıclar bağlıdır.