Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    TƏRTƏRLİLƏR NOVRUZU BÖYÜK SEVGİ İLƏ QARŞILADILAR

    Изображение 277Изображение 062Həmin gün tərtərlilər və şəhərimizin qonaqları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydana toplaşmışdılar. Bayram münasibətilə bəzədilmiş meydan öz möhtəşəmliyi ilə göz oxşayırdı. Novruzun atributlarından biri olan nəhəng səməni baharın yaxınlaşmasından, tezliklə təbiətin bu cür yamyaşıl rəngə boyanacağından xəbər verirdi. Rayon icra hakimiyyəti binasının üzərində əzəmətlə dalğalanan Azərbaycan bayrağı xalqın bu sevincinin, qürurunun şahidi idi. Bəli, bütün bunlar bu il 25 illik yubileyini qeyd edəcəyimiz müstəqilliyimizin bizlərə bəxş etdiyi xoşbəxtlikdir.Meydanın bir tərəfində qadınlar ocaq qalayıb yuxa, kətə bişirir, bir yanda nehrə çalxayır, yun əyirirdilər. Bayram aşının dəmlənməsi də unudulmamışdı. Axı, Novruzu bayram aşı olmadan təsəvvür etmək mümkün deyil.
    Xalqımız özünün qədim milli adət-ənənələrini əsrlər uzunu yaşatmış, yaşadır və daim yaşadaraq, gələcək nəsillərə də ötürəcəkdir. Bayram şənliyi günündə də bunun bir daha şahidi olduq. Babalar, nənələr nəvələrinin əllərindən tutaraq meydanda nümayiş etdirilən muzey eksponatlarının–qədim əşyaların yanında dayanır, bunların hər biri haqqında uşaqlara məlumat verirdilər.Изображение 029
    Qeyd edək ki, bu gün böyüyən nəslin keçmişimizə, tariximizə həm böyük marağı, həm də hörməti var. Bu, meydanda sərgilənən rayon məktəblilərinin əl işlərindən də duyulurdu. Şəhər 2 saylı məktəb–liseyin şagirdi Ülviyyə İsmayıllının, Qapanlı kənd tam orta məktəbinin şagirdi Pünhan Həsənovun, 5 saylı tam orta məktəbin şagirdləri Arzu Alməmmədovanın, Həbib Nəcəflinin baharı, Novruzu, qədim xalq adətlərini tərənnüm edən rəsmləri xüsusilə diqqəti çəkirdi.
    Öz ağlasığmaz hərəkətləri ilə nəzərləri cəlb edən kəndirbazın oyunu da bayram ovqatına xüsusi rəngarənglik qatırdı.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun bayram tonqalını alovlandırması ilə sevinc daha da artdı, gözəl nəğmələr, xalq rəqsləri meydanı öz ağuşuna aldı.
    Müdriklik, qədimlilik simvolu olan Dədə Qorqud, gözəllik timsalı olan Bahar qız, şən və duzlu zarafatları ilə insanların məhəbbətini qazanan Kosa və Keçəl şənliyə qatıldılar.
    Sonra aparıcılar sözü Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova verdilər. Tərtərlilərlə birlikdə rayonumuzda məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımızı, 48 km təmas xətti boyunca əhalinin əmin-amanlığı keşiyində dayanan cəsur Azərbaycan əsgər və zabitlərini Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edən rayon rəhbəri eyni zamanda quruculuq-abadlıq işlərindən, xalqla ordunun birliyindən, Novruzun qədim ənənələrindən danışdı.
    O bildirdi ki, dünyanı bürüyən iqtisadi və siyasi böhrana baxmayaraq, Azərbaycanın hər bir guşəsində, o cümlədən Tərtər rayonunda iqtisadiyyat möhkəmlənir, insanların rifah halı yaxşılaşır. Sosial layihələrin həyata keçirilməsinə böyük diqqət yetirilir. Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbəri həmçinin qeyd etdi ki, bu əziz bayram günlərində ictimaiyyətin nümayəndələri daim hərbi hissələrdə əsgərlərin yanında olur, burada müxtəlif maraqlı tədbirlər keçirilir. Bayram şənliyində bir məqam da əsl vətənpərvərliyin yüksək nümunəsi kimi diqqətimizi çəkdi. Mərasimdə Moskva şəhərində yaşayan həmyerlimiz, Moskvadakı Azərbaycan Diasporunun sədr müavini, pedaqoq, alim Mehriban Abdullayeva iştirak edirdi. O, tərtərliləri bayram münasibətilə ürəkdən təbrik etdi və göstərdi ki, hələ heç zaman Tərtəri belə gözəl görməmişdi. Vətəndən uzaqda yaşayan həmyerlilərimiz öz doğma yurdları ilə fəxr edir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əllərindən gələni əsirgəmirlər. Tədbirdə Mehriban xanımın atası, sadə zəhmət adamı Surxay Həsənovun hər bir sətri məhəbbətlə yazılmış “Tərtərim” şeirinə musiqisi tərtərli Elçin Atayevin olan mahnının sevimli müğənnimiz Teyyub Aslanovun ifasında təqdimatı oldu.
    Müşviq Qurbanovun, Xəyalə Lütvəliyevanın, Aytac Süleymanzadənin, “Yallı” rəqs qrupunun və başqalarının çıxışları da unudulmaz təsir bağışladı.
    Şənlikdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup tərtərliyə Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.
    İliniz uğurlu gəlsin, əziz tərtərlilər.

    “Yeni Tərtər”

    Изображение 367

    Изображение 128

    Изображение 262

    Изображение 048Изображение 111

    Müəllif: Redaktor, 16:11

    Teqlər:

İsmarıclar bağlıdır.