Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    1437079417_4QƏLBLƏRİ QIRMAYAQ!

    Bismillahir Rəhmanir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin”… (Bəqərə s., ayə 208) .
    “…Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” ..(Maidə s., ayə 32). Bu ayələr, daha doğrusu, bu hökmlər, bütün aləmləri içindəkilərlə bərabər xəlq edən Uca Allah tərəfindən, Hörmətli Rəsulu (elçisi) vasitəsiylə bütün insanlara göndərilmişdir.
    Quranın başqa bir ayəsində isə (Bəqərə s., ayə11), insanlara fitnə-fəsaddan uzaq durmaq əmr olunur.
    Yer kürəsi birlikdə bütün insanların yaşadıqları bir evdir sanki. Allahın qanunuyla kimsə başqa birisinin evinə iznsiz daxil ola bilməz! Artıq bunda bütün insanlara xitab olunur ki, “sakit durun, qan tökməyin, qəlb qırmayın, həddinizi aşmayın, təkəbbürdən uzaq olun, haram və çirkin işləri özünüzdən uzaq tutun” və s. Hz. Peyğəmbərimiz (s) buyurur: “Bir kəsin qəlbini qırmaq, Kəbə evini 70 dəfə sökməkdən daha ağır günahdır! Çünki, Kəbəni inşa edən İbrahim Peyğəmbər (ə) oldu, qəlbləri inşa edən isə Qadir və Mərhəmətli Allahdır!” və yenə də belə bir hədisdə xəbərdarlıq gəlir: “Bir kəsin qəlbinə dəyməyin, sındırmayın! Çünki sınan qəlbin səsini yalnız və yalnız qəlbləri yaradan Allah eşidər!” Bundan açıq-aşkar nəsihət nə ola bilər ki! Müqəddəs dinimizin bütün buyurduqları gözəldir, yetər ki, onlara əməl edək. Əməl edib, dünyamızı, həyatımızı, insanlara, vətəndaşlara olan baxışlarımızı nəzarətə götürək! Hz. Əlidən (ə) gözəl bir örnək: İmam (ə) qoca bir xaçpərəst kişi ilə qarşılaşır və hiddətlə “bu nədir?” deyə soruşur . “Xaçpərəstdir, ya əmirəlmöminin” deyirlər yanındakılar. İmam (ə): “Mən soruşmadım kimdir, soruşdum bu nədir belə?! Bu kişi cavanlığını bizə sərf edib, qolu qüvvətli olan vaxt (əlbəttə, əmək haqqı müqabilində) istifadə etmişik, indi bu qocalıb qolu gücdən düşüb deyə biz bunu diləndirməliyikmi?! Bu kişi bizim döv-lətin vətəndaşı və şəhərimizin sakinidir, bu gündən etibarən mən dövlət büdcəsindən (Beytülmal) buna pul təyin edirəm və ölənə qədər o kişini dilənən görməyim!” Allahın salamı və xeyir–duası olsun belə insanlara!
    Bizim xalqımız çox böyük və geniş ürəyə malik olan bir xalqdır. Əsrlərlə bütün dinlərdən olan ayrı-ayrı millətlərin nümayəndələri ilə mehriban və sülh şəraitində yaşayıb, yaşayır və yaşayacağıq da inşəallah. Yəni, bu bizim dinimi-zin də bizə buyurmuş olduğu zəhmdən xəbər verir. Necə deyərlər, Allah qəlblərə görə versin.
    Hz. Əli (ə) buyurur: “İnsanlara sevgi ilə yanaşın, biri sənin qardaşın, o birisi isə xilqət yoldaşındır. (Yəni bizi qeyri-müsəlmanlardan fərqləndirən elə bir xüsusi fizioloji quruluşumuz yoxdur).”
    Allah bütün insanları biribirinə mehriban qərar versin. Allah dinimizi, dünya-mızı və vətənimizi vətəndaşlarıyla hər cür xətadan, şər işlərdən uzaq etsin. Amin!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 10:10

    Teqlər:

İsmarıclar bağlıdır.