Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    DSC_0636Aprelin 4-də erməni silahlı qüvvələrinin artilleriyasının atdığı “Qrad” mərmiləri rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşmüşdür. Nəticədə hər iki evə ciddi ziyan dəymişdir. Kənd sakini 1984-cü il təvəllüdlü Mehbarə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin generalı Rasim Əliyev Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olmuşlar. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.
    ***
    Erməni terrorçularının hücumları tərtərliləri nəinki qorxutmuş, əksinə, hər kəsin vətənpərvərlik ruhunu daha da yüksəltmişdir. Bu gün rayonumuzun bütün sakinləri–keçmiş döyüşçülər, hətta qocalar və qadınlar da Azərbaycan əsgərinə kömək etmək əzmindədir. Qürurverici haldır ki, döyüş gedən günlərdə şəhərimizin qonaqlarının sayı daha da artmışdır. Dünyanın hər yerindən gələn insanlar –jurnalistlər, incəsənət adamları, keçmiş hərbiçilər bizimlə birgə olmuşlar.
    Aprelin 2-də ermənilərin təxribatı nəticəsində başlanan və ordumuzun layiqli cavabı ilə nəticələnən döyüş əməliyyatları xalqımızın birliyini, ordumuzun gücünü bir daha nümayiş etdirdi.

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.