Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Qaragaci kendinde vurulan masinAzadqaraqoyunlu kendinde rehimov mirzenin eviDaxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşaiyət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
    Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu çoxsaylı qəlpə yaraları alıblar.
    Saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış 032

    Velizade Sanan - 13 year - shrapnel wound in the shoulder.

    Əhmədov İsa Əli oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan İ.Əhmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
    Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlunun idarə etdiyi “Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.
    Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.