Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Изображение 018Изображение 024Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə 31 mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları rayon məktəblilərinin 31mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm işlərindən ibarət sərgiyə baxmışlar. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxumuş, onların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı bədnam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Bu siyasət planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. “Yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar.
    Mərhələ-mərhələ gücləndirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Erməınistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
    Rayon rəhbəri qeyd etmişdir ki, tarix heç nəyi unutmur. Vaxt gələcək, haqq-ədalət bərqərar olacaq, illərlə Azərbaycanın çörəyini yeyən, havasını udan, suyunu içən nankor ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər.
    Tədbirdə Qarabağ müharibəsi veteranı, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş komandiri Pənah Məmmədov, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva və Umudlu kənd tam orta məktəbinin X sinif şagirdi Ülkər Zeynallı çıxış etmişlər. Onlar Azərbaycanın bir qarış torpağının belə düşmənin işğalı altında qalmayacağına inandıqlarını, Azərbaycan xalqının soyqırım qurbanlarının xatirəsini unutmayacağını bildirmişlər.
    Sonra tədbir iştirakçıları şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

    Müəllif: Redaktor, 11:20

    Teqlər:

İsmarıclar bağlıdır.