Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Изображение 001211Изображение 055Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Tərtər rayon fəallarının yığıncağı keçirilmişdir. Yığıncağı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon rəhbəri bildirmişdir ki, Tərtər rayonu düşmənlə 48 km təmas xəttində yerləşir. Mütəmadi olaraq yaşayış məntəqələrimiz ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə yenə də Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur. Ordumuz düşmənə layiqli cavabını vermişdir.
    Gedən döyüşlərdə aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən rayonun yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində Tərtər şəhərində 10, Qapanlı kəndində 42, Yuxarı Qaradağlı kəndində 35, Qaraağacı kəndində 17, Seydimli kəndində 1, Şıxarx qəsəbəsində 35, Azadqaraqoyunlu kəndində 5, Dəmirçilər kəndində 2, Çaylı kəndində 8, cəmi 155 yaşayış evinə ziyan dəymişdir.
    Bunlardan 16 ev tamamilə dağılmış, 114 evin dam örtüyünə, qapı-pəncərə bloklarına və pəncərə şüşələrinə ciddi ziyan dəymiş, 25 evin divarlarında çatlar əmələ gəlmişdir.
    Bəzi informasiya mənbələrində təxribat xarakterli məlumatlar dərc olunur. Guya Tərtərin sakinləri rayonu tərk ediblər. Gördüyünüz kimi, qəhrəman tərtərlilər hamısı öz evlərindədir, həyat axarı ilə davam edir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan torpaq1arımızda dalğalanacaqdır.
    Sonra tədbirdə Tərtər RİHB aparatında aparıcı məsləhətçi Tunarə Məmmədzadə, YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov, rayon Qadınlar Şurasının sədri Mərziyyə Qəndilova, rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Binnətov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, şəhid anası Zelimə Əsədova, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov çıxış edərək tərtərlilərin Respublika Prezidentinin siyasətini dəstəklədiklərini bildirmişlər. Çıxışlarda Ali Baş Komandanın “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun,” “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkmiyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq” fikirləri dəstəklənmişdir.
    Tərtərlilərin döyüş əhval-ruhiyyəsi yüksəkdir, qələbənin yaxında olduğunu bilirlər.
    Tədbirdə iştirak edən Tərtər rayonunun fəxri vətəndaşı Umud Mirzəyev, Müdafiə Nazirliyinin Hərbi Səfərbərlik üzrə şöbə müdiri polkovnik Rasim Şirinov, vətənpərvərlik yönümlü təşkilatların rəhbərləri Emin Həsənli, Mehdi Mehdiyev, Şəmistan Əlizamanlı, Etibar Əsədov, Fizulu Rzaquliyev, Məhəmməd Əliyev, Nəsimi Qarabağlı və Rey Kərimoğlu çıxış etmişlər. Çıxışlarda vətənə sevgi, düşmənə nifrət, qələbəyə inam bildirilmişdir. Tədbirin sonunda tərtərlilərin xahişi ilə Şəmistan Əlizamanlı sakinlərin alqışları altında “İgid əsgər, möhkəm dayan” mahnısını ifa etmişdir.

    Müəllif: Redaktor, 11:32

    Teqlər:

İsmarıclar bağlıdır.